Icma.az
close
up
RU
Boris, sən də...Boris, sən haqlı deyilsən!

Boris, sən də...Boris, sən haqlı deyilsən!

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiya-Ukrayna müharibəsinin alovlanmasında və indiyədək davam etməsində müstəsna “xidmətləri” olmuş Böyük Britaniyanın keçmiş baz naziri Boris Consonun fikrincə, Kiyevin bu fürsətdən yararlanması və saziş imzalaması vacibdir, çünki gələcəkdə ABŞ-nin dəstəyi əsas rol oynayacaq.
Nadir torpaq metalları üzrə sazişin son layihəsini gördüyünü iddia edən Boris Conson yalnız sazişin imzalanmasının Kiyevə irəliləmək imkanı verəcəyini düşünür. Belə ki, bu, ABŞ-ni “azad, suveren və təhlükəsiz Ukraynanı” dəstəkləməyə məcbur edəcək.
Minerallar sazişini şərh edən keçmiş baş nazir hətta 1941-ci ildə ABŞ-nin lend-liz müqaviləsi ilə paralellər aparıb. İkinci Dünya müharibəsində müttəfiqlərin Avropadakı ehtiyatları məhz ABŞ-nin uzunmüddətli kreditlərin köməyi ilə dolduruldu.
“Bir tərəfdən baxdıqda, bəli, bu quldurluqdur, 1941-ci ildə lend-liz də belə idi. Amerikalılar o zaman bizi aldatdılar. Mən başa düşürəm ki, bu saziş sizin ölkəniz üçün qəsb ola bilər. Amma mən həqiqətən düşünürəm ki, biz bu mərhələdən keçməliyik və bu razılaşmanın əslində nə olduğunu dərk etməliyik”, - Boris Conson “Poltiico” nəşrinə müsahibəsində deyib.
Böyük Britaniyanın keçmiş baş nazirinin iddiasına görə, sazişin birinci variantı ilə müqayisədə hazırda Ukrayna daha yaxşı şərtlərə nail olub. O, Ukraynanı yeni sazişi imzalamağa çağırır: “Mən bu sənədə baxıram və Ukrayna üçün müsbət şeylər görürəm”.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp bu sövdələşməni öz tərəfdarlarına və respublikaçı skeptiklərə nailiyyət kimi göstərə biləcək.
Boris Consonun Ukraynanı bir əslrlik təzminatlar ödəmək barədə öhdəlik götürməyə çağırması, istər-istəməz, Qədim Roma imperatoru Qay Yuli Sezarın sui-qəsdçilərlə bərabər onu xəncərlə vuran dostu mark Yuniy Bruta “Brut, sən də!” müraciətini yada salır. Çünki Bayden adminsitrasiyasının işbazları ilə əlbir olub Ukraynanı Rusiya ilə müharibə avantürasına sürükləyənlərdən biri və bəlkə də ən birincisi elə Boris Consondur.
Üstəlik, hələ 2022-ci ilin mart-aprel aylarında Rusiya və Ukrayna nümayəndə heyətlərinin İstanbulda keçirdikləri danışıqlar nəticəsində əldə olunan razılaşmalardan Kiyevin geri çəkilməsi də Boris Consonun bu münaqişənin indiyədək davam etməsində əlahiddə “xidmət”lərinin təzahürüdür.
İstanbul sazişinin imzalanması ərəfəsində Kiyevdə Ukrayna prezidenti Volodomir Zelenski ilə görüşən Boris Conson ona Qərbin son ana qədər nərbi-maliyyə dəstəyini vəd edərək, bu addımı atmaqdan çəkindirdi. Həmin danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya 2023-cü ilin noyabrında verdiyi müsahibədə onun oynadığı rolu vurğulayıb.
- Həmin vaxt Kiyevə gələn Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya heç nə imzalamamağı və “sadəcə döyüşməyi” tövsiyə etdi”, - ukraynalı siyasətçi deyib.
Halbuki, həmin razılaşmlara görə, Ukrayna daha az itkilərlə müharibənin dayadırılmasına və təhlükəsizlik təmiatının verilməsinə nail ola bilərdi. Rusiya hətta işğal etdiyi bəzi Ukrayna ərazilərindən çıxmağa da hazır olduğunu bildirmişdi. Moskva və Kiyev Ukraynanın neytral ölkə statusu və onun Avropa İttifaqına daxil olmasına icazə veriləcəyi barədə razılığa da gəlmişdilər. Təsadüfi deyil ki, Ukraynanın həmin danışqılardakı nümayəndə heyətinin üzvlərindən birinin sözlərinə görə, bu, Kiyevin imzalaya biləcəyi ən yaxşı sövdələşmə idi.
The Economist: “Kiyev 100 illərlə təzminat ödəyəcək” Amma bu gün Donald Trampın mineralların hasilatı ilə bağlı təklif etdiyi razılaşma belə Ukraynaya Kiyevi qane edən təhlükəsizlik təminatını nəzərdə tutmur. Bu baxımdan, Boris Consonun müqavilənin yeni varinatını imzalamaq barədə çağırışı siyasi oyunbazlığın ən bariz nümunəsidir. Amma məhz özünün təkidi ilə indiyədək davam edən Rusiya-Ukrayna müharibəsində yüz minlərlə insanın həlak olması, ömürlük əlilə çevrilməsi və Ukraynanın daha böyük ərazi itikiləri ilə üzləşməsi kimi faciələr Böyük Britaniyanın keçmiş baş nazirində heç bir narahatlıq doğurmur.

Boris Consonun əslində Ukraynanı təslimçiliyə çağırışı kontekstində daha bir tarixi hadisəni xatırlatmaq yada düşür. 1988-ci il iyulun 1-də o vaxt SSRİ-nin mərkəzi hakimiyyətinə müxalifətə keçmiş Boris Yeltsin Sovet İttifaqı Kommunist partiyasının 19-cu konfransında çıxışında Mərkəzi Komitənin katibi Yeqor Liqaçovun Siyasi Bürodan çıxarılması tələbini irəli sürdü. Onun nitqinə Liqaçov çox maraqlı replika ilə müdaxilə etdi.
- Boris, sən haqlı deyilsən. Biz sizinlə yalnız taktika baxımından razı deyilik. Boris, sənin böyük enerjin var, amma bu enerji yaradıcı deyil, dağıdıcıdır!”, - Yeqor Liqaçov vurğuladı.
Yeri gəlmişkən, sonradan Rusiyanın prezidenti olacaq və SSRİ-nin son rəhbəri Mixail Qorbaçov kimi qatı ermənipərəst mövqeyi ilə seçiləcək Boris Yeltsinin Sverdlovsk vilayətinin rəhbəri vəzifəsindən Moskvanın rəhbəri vəzifəsinə gətirilməsi də məhz Yeqor Liqaçovun xidməti idi.
Boris Consonun Kiyevə son tövsiyyəsi fonunda “Brut, sən də!" və "Boris, sən hqalı deyilsən!” tarixi kəlamları tam yerinə düşür.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azvision.az
archiveBu xəbər 26 Fevral 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see598

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see537

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see381

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see286

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see285

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see262

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see259

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see251

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see250

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see249

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see222

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see222

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see219

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see217

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see216

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see216

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see214

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see213

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri