“Borussiya”nın müdafiəçisi “Liverpul”un transfer hədəfində

15.10.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Borussiya”nın (Dortmund) müdafiəçisi Niko Şlotterbek “Liverpul”un transfer hədəfinə düşüb.

QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı futbolçunu Vircil van Deykin əvəzləyicisi hesab edir.

Xəbərdə bildirilib ki, İngiltərə klubu oyunçunu qış transfer pəncərəsində heyətinə cəlb etmək istəsə də, Dortmund təmsilçisi buna razı olmayıb. 

“Borussiya” almaniyalı futbolçuya müqaviləsini 2030-cu ilə qədər uzatmağı təklif edib. Lakin Şlotterbek isə hələlik yekun qərarını verməyib.

Qeyd edək ki, müdafiəçi 2022-ci ildən “Borussiya”da forma geyinir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью