“Borussiya”nın müdafiəçisi “Liverpul”un transfer hədəfində
Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Borussiya”nın (Dortmund) müdafiəçisi Niko Şlotterbek “Liverpul”un transfer hədəfinə düşüb.
QOL.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 25 yaşlı futbolçunu Vircil van Deykin əvəzləyicisi hesab edir.
Xəbərdə bildirilib ki, İngiltərə klubu oyunçunu qış transfer pəncərəsində heyətinə cəlb etmək istəsə də, Dortmund təmsilçisi buna razı olmayıb.
“Borussiya” almaniyalı futbolçuya müqaviləsini 2030-cu ilə qədər uzatmağı təklif edib. Lakin Şlotterbek isə hələlik yekun qərarını verməyib.
Qeyd edək ki, müdafiəçi 2022-ci ildən “Borussiya”da forma geyinir.

Borussiya nın fubolçusu Yuventus un hədəfində
09 İyul 2025 22:22
Bavariya nın futbolçusu Liverpul un hədəfində
27 Avqust 2025 17:22
Silva “Borussiya”nın hədəfində
05 Avqust 2025 20:30
Barselona nın Liverpul un futbolçusunu transfer etməyəcək
01 Aprel 2025 15:22
“Braqa”nın müdafiəçisi “Liverpul”un “radar”ına düşüb
06 Aprel 2025 11:40

