Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Məhkəmə praktikasında və qanunun təfsirində boşanma vaxtı ailə mülkiyyəti rejimində qızıl-ziynət əşyalarının statusu dəyişilməlidir.
Ölkə.Az xəbər verir ki, bu sözləri hüquq üzrə fəlsəfə doktoru, professor Fərhad Mehdiyev deyib.
O bildirib ki, boşanmalar zamanı qızıl-ziynət əşyalarını 2 yerə ayırmaq lazımdır: “1) nikahdan əvvəl verilənlər və 2) nikahdan sonra alınan qızıl-ziynət əşyaları.
Qızıl-ziynət əşyaları adı daşınar əmlak deyil, onlar investisiya mahiyyətindədir.
Məsələn, evin xanımı yoldaşından icazəsiz onlar üzərində sərəncam verməsi adət-ənənəyə uyğun deyil və ailədə ciddi problemə səbəb ola bilər.
Bunun səbəbini araşdırsanız aydın olar ki, qızıl-ziynət əşyaları nəsildən-nəsilə ötürülür və ailənin əlavə maddi təminatı, investisiya mahiyyətini daşıyır.
Əvvəlcə nikah zamanı alınan qızıl-ziynət əşyalarına toxunaq.