Icma.az
close
up
RU
Boşananda niyə avtomobil birgə mülkiyyət sayılır, amma 20 minlik bilərzik sayılmır? Etiraz

Boşananda niyə avtomobil birgə mülkiyyət sayılır, amma 20 minlik bilərzik sayılmır? Etiraz

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məhkəmə praktikasında və qanunun təfsirində boşanma vaxtı ailə mülkiyyəti rejimində qızıl-ziynət əşyalarının statusu dəyişilməlidir.

Ölkə.Az xəbər verir ki, bu sözləri hüquq üzrə fəlsəfə doktoru, professor Fərhad Mehdiyev deyib. O bildirib ki, boşanmalar zamanı qızıl-ziynət əşyalarını 2 yerə ayırmaq lazımdır:

“1) nikahdan əvvəl verilənlər və 2) nikahdan sonra alınan qızıl-ziynət əşyaları.

Qızıl-ziynət əşyaları adı daşınar əmlak deyil, onlar investisiya mahiyyətindədir. Məsələn, evin xanımı yoldaşından icazəsiz onlar üzərində sərəncam verməsi adət-ənənəyə uyğun deyil və ailədə ciddi problemə səbəb ola bilər. Bunun səbəbini araşdırsanız aydın olar ki, qızıl-ziynət əşyaları nəsildən-nəsilə ötürülür və ailənin əlavə maddi təminatı, investisiya mahiyyətini daşıyır. 

Əvvəlcə nikah zamanı alınan qızıl-ziynət əşyalarına toxunaq. Ailə Məcəlləsinin 34.2-ci maddəsi kifayət qədər açıq şəkildə qeyd edir ki, "ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur”.

Yəni qanun deyir ki, ziynət əşyaları fərdi istifadə əşyası kimi şəxsin özünə məxsus deyil, birgə mülkiyyətdir. Həqiqətən də, dəyəri nəzərə alınanda, niyə avtomobil birgə mülkiyyət sayılır, amma 20 min manatlıq bilərzik sayılmır - izahatını tapa bilməzsiniz, yəni hər ikisi birgə mülkiyyətə aid edilməlidir. Üstəlik, nəzərə alın ki, avtomobilin qiyməti azaldığı halda, qızılın qiyməti ancaq artır”.

Hüquqşünas hesab edir ki, daha qəliz əskik olan məsələ isə, nikahdan əvvəl taxılan qızıl-ziynət əşyalarıdır:

“Məhkəmələrin adətən bunlara "şəxsin sırf özünə verilən hədiyyə" olaraq yanaşmaları doğrudurmu? 
Qayınata-qayınananın bəyə-gəlinə verdikləri şərtli hədiyyələrdir, şəxsin sırf özünə deyil, ailə birliyinə verilir. Tək-tək arqumentləri izah edirəm.
1) Şərtli hədiyyə deyəndə burada hədiyyə verilən insandan müəyyən bir davranış gözləntisi var. Bunlara da əsasən ailə birliyinə xələl yetirməyəcək şəkildə davranış göstərmədir. Hər halda heç bir qayınana onun üzünə duran, hətta bəzən onu döyən, ərinə (arvadına) xəyanət edən birisinə nəsə bağışlamaz. Mülki Məcəllənin 673.1.1. və 671.1.2-ci maddələri qeyd edir ki, bağışlamanı alan "onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 

..... o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə" hədiyyə verən hədiyyədən imtina edə bilər. İndi siz təsəvvür edin, tərəf həyat yoldaşına xəyanət edir, sonra da deyir ki, mənə alınan qızıllar məndə qalmalıdır. Belə şey mümkün ola bilərmi? 

2) Ailə birliyinə verilmiş hədiyyə - Sizcə, qaynata ya da qayınanaya kim daha yaxındır? Doğma bacısı/qardaşı, yoxsa gəlini? Təbii ki öz doğması. Bəs doğma bacısına, qaynana 5000-lik qızıl bağışlayırmı? Xeyr. 

Belə olan halda, yad qızına o qədər bahalı şey niyə bağışlasın ki? Çünki burada qayınana düşünür ki, bu qızılı öz övladının ailəsinə hədiyyə edir. Vaxtı gəldikdə bu qızıllar nəvələrinə, nəticələrinə və s. qalacaq Həmçinin də hədiyyəni alan şəxs, onları satıb özünə son model ayfon alsa, bu da həmin ailəni boşanmaya qədər aparıb çıxara bilər”.

F.Mehdiyevin sözlərinə görə, adət-ənənə məsələləri mülki hüquq münasibətlərində birbaşa nəzərə alınmalıdır:

“Zənnimcə, burada ədalətli mövqe ondan ibarət ola bilər ki, ailə birliyinin dağılmasında təqsirkar tərəf nikahdan əvvəl ona verilən qızıl-ziynət əşyalarının onda qalmasını istəməməli və onları geri qaytarmalıdır. Yox, əgər ailə birliyinin dağılmasında onun təqsiri yoxdursa, o qızıl-ziynət əşyaları özündə saxlamalıdır. Çünki Mülki Məcəllənin 673-cü maddədə nəzərdə tutulan öhdəliklərə də zidd davranmayıb. Belə yanaşma həm ənənəyə, həm də islam hüququna uyğundur. 

Evlillik müddətində alınan qızıl-ziynət əşyaları isə Ailə Məcəlləsinin (AM) 34.2-ci  maddəsinə əsasən birmənalı olaraq birgə mülkiyyətə aid ediləcəkdir. 

Düzdür, AM 34.2-nin tətbiq olunmamalı olduğu hallardan da bəhs etmək, müzakirə etmək olar. Məsələn, xüsusi günlərdə alınan qızıllar (ad günü kimi) sırf hədiyyə, adi günlərdə alınanlar isə investisiya mahiyyətli sayılsın. Amma bu məsələlər ümumiyyətlə, nəzərdən qaçmamalıdır”.

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Aprel 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri