Icma.az, Gununsesi portalına istinadən məlumat yayır. Boşanma ərəfəsində olan insanlar adətən emosional gərginlik, psixoloji sarsıntı və gəl
Bu dövrdə tərəflər arasında ünsiyyət çətinləşir və münaqişələr artır.
Ən həssas mövzulardan biri uşaqların taleyi və onların psixoloji durumudur.
Gununsesi.info-ya danışan ailə psixoloqu Sevinc Həbibova mövzunu belə şərh edib: “Boşanma ərəfəsində olan insanlar üçün bu proses həyatın ən ağır sınaqlarından biri hesab olunur.
Əvvəla, tərəflər arasında uzun müddət yığılan narazılıqlar və anlaşılmazlıqlar son mərhələdə daha kəskin şəkildə üzə çıxır.
Psixoloji baxımdan bu dövr həm qadın, həm də kişi üçün böyük stress və gərginliklə müşayiət olunur.
Ən böyük təsirləri isə uşaqlar yaşayır, çünki onlar valideynləri arasında seçim etməyə məcbur qalır və bu, onların emosional dünyasına mənfi təsir edir.
Boşanma zamanı maliyyə məsələləri, əmlak bölgüsü və aliment kimi problemlər də ciddi müzakirə mövzusu olur.