Icma.az
close
up
RU
“Boşanma prosesi münaqişəsiz və uşaqların maraqları qorunaraq aparılmalıdır”

“Boşanma prosesi münaqişəsiz və uşaqların maraqları qorunaraq aparılmalıdır”

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Boşanma ərəfəsində olan insanlar adətən emosional gərginlik, psixoloji sarsıntı və gələcəklə bağlı qeyri-müəyyənlik yaşayırlar.

Bu dövrdə tərəflər arasında ünsiyyət çətinləşir və münaqişələr artır.

Ən həssas mövzulardan biri uşaqların taleyi və onların psixoloji durumudur.

Gununsesi.info-ya danışan ailə psixoloqu Sevinc Həbibova mövzunu belə şərh edib:

“Boşanma ərəfəsində olan insanlar üçün bu proses həyatın ən ağır sınaqlarından biri hesab olunur. Əvvəla, tərəflər arasında uzun müddət yığılan narazılıqlar və anlaşılmazlıqlar son mərhələdə daha kəskin şəkildə üzə çıxır. Psixoloji baxımdan bu dövr həm qadın, həm də kişi üçün böyük stress və gərginliklə müşayiət olunur. Ən böyük təsirləri isə uşaqlar yaşayır, çünki onlar valideynləri arasında seçim etməyə məcbur qalır və bu, onların emosional dünyasına mənfi təsir edir. Boşanma zamanı maliyyə məsələləri, əmlak bölgüsü və aliment kimi problemlər də ciddi müzakirə mövzusu olur.

Bu səbəbdən hüquqi məsləhətlərin və məhkəmə qərarlarının düzgün yönləndirilməsi vacibdir. Cəmiyyətin boşanmalara münasibəti də tərəflərin qərarlarına təsir göstərir, bəzi hallarda ailələr ictimai qınaqdan çəkinərək formal münasibətləri davam etdirirlər. Digər tərəfdən, boşanma bəzən tərəflər üçün yeni həyat imkanlarının başlanğıcı da ola bilər. Uzun müddət davam edən gərgin münasibətlərdən sonra insanlar daha azad, daha sağlam mühitdə yaşamaq şansı əldə edirlər”.

Psixoloq hesab edir ki, bu mərhələdə psixoloqların və yaxın qohumların dəstəyi xüsusi əhəmiyyət daşıyır:

“Çünki hər bir emosional insanın dəstəyə ehtiyac duyur. Nəticə olaraq, boşanma yalnız ailədaxili münasibətlərin sonu deyil, həm də hər iki tərəfin yeni həyat qurmaq imkanına açılan qapıdır. Əsas olan bu prosesi münaqişəsiz, sivil və uşaqların maraqlarını qoruyaraq həyata keçirməkdir”.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri