Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Həmin şəxs deyib: “Getmədiyim həkim qalmayıb. Bütün analizlərim normal çıxıb, heç bir problem tapılmayıb. Qollarımı qaldırmaqda çətinlik çəkirəm, çox yavaş yeriyirəm. Yıxılmaqdan qorxuram”.
İki uşaq anası deyib ki, heç yerə tək çıxa bilmir. Paltarını belə anası geyindirir.
Botoks preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə necə nəzarət edilir?Vətəndaş istifadə etdiyi botoks preparatının qeydiyyatdan keçib-keçmədiyini necə müəyyən edə bilər?Sertifikatlı və ölkəyə qanuni yolla gətirilmiş məhsul olduğunu necə öyrənə bilər?Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, bu preparatlar ölkəyə idxal edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq ekspertizadan keçirilir: “Azərbaycan Respublikasına “Clostridium botulinum toxin type A” tərkibli dərman vasitəsi sonuncu dəfə 2026-cı ilin iyun ayında rəsmi qaydada idxal edilib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə istifadə olunduğu iddia edilən preparatın ticarət adı, istehsalçısı və seriya nömrəsi göstərilmədiyindən həmin məhsulun identifikasiyası mümkün deyil.
Hazırda dövlət qeydiyyatında olan və ölkəyə rəsmi qaydada idxal edilmiş “Clostridium botulinum toxin type A” tərkibli dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı rəsmi müraciət və ya təsdiqlənmiş məlumat daxil olmayıb. Bu preparatlar ölkəyə idxal edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq ekspertizadan keçirilir və laborator nəzarət zamanı yoxlanılan keyfiyyət göstəricilərində hər hansı uyğunsuzluq aşkar edilməyib.
Əgər hər hansı vətəndaş və ya tibb mütəxəssisi istifadə edilən preparatın keyfiyyəti ilə bağlı şübhə və ya narazılıq bildirərsə, Analitik Ekspertiza Mərkəzi müraciət əsasında ölkəyə rəsmi qaydada idxal olunmuş həmin dərman vasitəsinin laborator analizini ödənişsiz həyata keçirməyə və nəticələri müraciət edən şəxsə təqdim etməyə hazırdır”.
O da bildirilib ki, vətəndaş istifadə etdiyi botoks preparatının Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçib-keçmədiyini asanlıqla yoxlaya bilər: “Bunun üçün pharma.az portalında "Dərman vasitələrinin axtarışı" bölməsinə daxil olaraq dərmanın ticarət adını yazmaq kifayətdir.
Dərman vasitəsi dövlət qeydiyyatındadırsa, onun qeydiyyat məlumatları, istehsalçısı və digər məlumatlar sistemdə əks olunur.
Bundan əlavə, vətəndaş zərurət yarandıqda həmin dərman vasitəsi barədə müalicə aldığı tibb müəssisəsindən də məlumat tələb edə bilər”.
Həmçinin vurğulanıb: “Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şübhəli preparatlar və ya digər pozuntularla bağlı aşağıdakı vasitələrlə Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılır və zərurət yarandıqda müvafiq tibb və əczaçılıq müəssisələrində plandankənar yoxlamalar həyata keçirilir”.
Günel Həsənova, Bizimyol.info