Icma.az
close
up
RU
Botoksdan zəhərlənmə Səhiyyə Nazirliyi nə deyir?

Botoksdan zəhərlənmə Səhiyyə Nazirliyi nə deyir?

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Sosial mediada bir vətəndaş paylaşım edərək bildirib ki, botoks prosedurundan iki gün sonra ayaqları tutulub, gözlərində bulanıq görmə yaranıb, başı hərlənib.

Həmin şəxs deyib: “Getmədiyim həkim qalmayıb. Bütün analizlərim normal çıxıb, heç bir problem tapılmayıb. Qollarımı qaldırmaqda çətinlik çəkirəm, çox yavaş yeriyirəm. Yıxılmaqdan qorxuram”.

İki uşaq anası deyib ki, heç yerə tək çıxa bilmir. Paltarını belə anası geyindirir.

Botoks preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə necə nəzarət edilir?Vətəndaş istifadə etdiyi botoks preparatının qeydiyyatdan keçib-keçmədiyini necə müəyyən edə bilər?Sertifikatlı və ölkəyə qanuni yolla gətirilmiş məhsul olduğunu necə öyrənə bilər?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib ki, bu preparatlar ölkəyə idxal edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq ekspertizadan keçirilir: “Azərbaycan Respublikasına “Clostridium botulinum toxin type A” tərkibli dərman vasitəsi sonuncu dəfə 2026-cı ilin iyun ayında rəsmi qaydada idxal edilib. Sosial şəbəkələrdə yayılan məlumatlarda isə istifadə olunduğu iddia edilən preparatın ticarət adı, istehsalçısı və seriya nömrəsi göstərilmədiyindən həmin məhsulun identifikasiyası mümkün deyil.

Hazırda dövlət qeydiyyatında olan və ölkəyə rəsmi qaydada idxal edilmiş “Clostridium botulinum toxin type A” tərkibli dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi ilə bağlı Analitik Ekspertiza Mərkəzinə hər hansı rəsmi müraciət və ya təsdiqlənmiş məlumat daxil olmayıb. Bu preparatlar ölkəyə idxal edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq ekspertizadan keçirilir və laborator nəzarət zamanı yoxlanılan keyfiyyət göstəricilərində hər hansı uyğunsuzluq aşkar edilməyib.

Əgər hər hansı vətəndaş və ya tibb mütəxəssisi istifadə edilən preparatın keyfiyyəti ilə bağlı şübhə və ya narazılıq bildirərsə, Analitik Ekspertiza Mərkəzi müraciət əsasında ölkəyə rəsmi qaydada idxal olunmuş həmin dərman vasitəsinin laborator analizini ödənişsiz həyata keçirməyə və nəticələri müraciət edən şəxsə təqdim etməyə hazırdır”.

O da bildirilib ki, vətəndaş istifadə etdiyi botoks preparatının Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçib-keçmədiyini asanlıqla yoxlaya bilər: “Bunun üçün pharma.az portalında "Dərman vasitələrinin axtarışı" bölməsinə daxil olaraq dərmanın ticarət adını yazmaq kifayətdir.

Dərman vasitəsi dövlət qeydiyyatındadırsa, onun qeydiyyat məlumatları, istehsalçısı və digər məlumatlar sistemdə əks olunur.

Bundan əlavə, vətəndaş zərurət yarandıqda həmin dərman vasitəsi barədə müalicə aldığı tibb müəssisəsindən də məlumat tələb edə bilər”.

Həmçinin vurğulanıb: “Vətəndaşlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyət, şübhəli preparatlar və ya digər pozuntularla bağlı aşağıdakı vasitələrlə Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılır və zərurət yarandıqda müvafiq tibb və əczaçılıq müəssisələrində plandankənar yoxlamalar həyata keçirilir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 29 İyul 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri