Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Artıq ikinci həftəsi başa çatan Rusiya-Ukrayna müharibəsindən ən çox əziyyət çəkən mülki əhalidir.
Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyətə çağırış edərək, ölkənin hava məkanının uçuş qadağan zonası elan olunmasını tələb edir.
Amma ABŞ və NATO başda olmaqla, bu tələbi yerinə yetirməkdən imtina edirlər.
Bəs, Ukrayna hava məkanının bağlanması nə deməkdir, ümumiyyətlə, “Uçuş qadağan zonası” hansı anlama gəlir?Reyting.az xəbər verir ki, uçuşa qapalı bölgə - bir ölkənin hava məkanını bağlamaq və uçuşun qadağan olunması deməkdir.Münaqişə dövrlərində, daxili təhlükəsizliyin təhdid altında olduğu bəzi hallarda və mülki əhalinin müdafiəsini tələb edən şəraitdə hava məkanı müvəqqəti təhlükəsizlik məqsədi ilə uçuşlara bağlanır.
Bəs, hava məkanı uçuşlar üçün bağlı olanda bu qadağaya kim nəzarət edir?
“Uçuşa qadağan zonası” elanı ilə bölgəyə nəzarət edəcək ölkələr hava hücumlarının və ya kəşfiyyat fəaliyyətlərinin qarşısını alırlar.
Lakin avadanlıq, material və kadr çatışmazlığı səbəbindən uçuşa qadağan zonasının davamlılığını təmin etmək çox çətindir.NATO rəsmiləri deyirlər ki, qadağa qərarı ilə onlara yüzlərlə təyyarə lazım olacaq və ən əsası, 30 dövlətin iştirak etdiyi alyansın koordinasiyası düzgün idarə edilməlidir.