Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?

Böyük güclər Ukrayna səmasını niyə qapatmaq istəmir?

Reyting.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Artıq ikinci həftəsi başa çatan Rusiya-Ukrayna müharibəsindən ən çox əziyyət çəkən mülki əhalidir. Ukrayna hakimiyyəti beynəlxalq ictimaiyyətə çağırış edərək, ölkənin hava məkanının uçuş qadağan zonası elan olunmasını tələb edir. Amma ABŞ və NATO başda olmaqla, bu tələbi yerinə yetirməkdən imtina edirlər. Bəs, Ukrayna hava məkanının bağlanması nə deməkdir, ümumiyyətlə, “Uçuş qadağan zonası” hansı anlama gəlir?
Reyting.az
xəbər verir ki, uçuşa qapalı bölgə - bir ölkənin hava məkanını bağlamaq və uçuşun qadağan olunması deməkdir.
Münaqişə dövrlərində, daxili təhlükəsizliyin təhdid altında olduğu bəzi hallarda və mülki əhalinin müdafiəsini tələb edən şəraitdə hava məkanı müvəqqəti təhlükəsizlik məqsədi ilə uçuşlara bağlanır.
Bəs, hava məkanı uçuşlar üçün bağlı olanda bu qadağaya kim nəzarət edir? “Uçuşa qadağan zonası” elanı ilə bölgəyə nəzarət edəcək ölkələr hava hücumlarının və ya kəşfiyyat fəaliyyətlərinin qarşısını alırlar. Lakin avadanlıq, material və kadr çatışmazlığı səbəbindən uçuşa qadağan zonasının davamlılığını təmin etmək çox çətindir.
NATO rəsmiləri deyirlər ki, qadağa qərarı ilə onlara yüzlərlə təyyarə lazım olacaq və ən əsası, 30 dövlətin iştirak etdiyi alyansın koordinasiyası düzgün idarə edilməlidir. Bu nöqtədən sonra işlər mürəkkəbləşir. Eyni zamanda Ukrayna hava məkanı NATO tərəfindən uçuşlar üçün bağlanarsa, koalisiyanın hava qüvvələri patrul uçuşları həyata keçirməlidir. Əgər Rusiya Hərbi Hava Qüvvələri qadağaya məhəl qoymayıb Ukrayna hava məkanına daxil olarsa, NATO təyyarələri tərəfindən atəşlə geri qaytarılmalı və ya vurulmalıdır. Bundan əlavə, qərardan sonra ölkədə “MİM-104 Patriot” raketdən müdafiə sistemi quraşdırılmalıdır. Bütün bunlar isə NATO-ya üzv ölkələrin Rusiya ilə üz-üzə gəlməsinə səbəb ola bilər.
NATO niyə uçuşa qadağaya qarşıdır?
NATO rəsmiləri Rusiya qüvvələri ilə üz-üzə gəlib onlara atəş açsalar, münaqişənin gedişatının dəyişəcəyindən narahatdırlar. İşğaldan bir neçə ay əvvəl Rusiya açıq şəkildə öz qoşunlarını Ukrayna ətrafında yerləşdirəndə belə, ABŞ prezidenti Bayden və NATO rəsmiləri Ukraynanı müdafiə etmək üçün Rusiya ilə qarşı-qarşıya gəlməyəcəklərini bildiriblər. Ağ Evin mətbuat katibi Cen Psaki Rusiyanın başlatdığı hərbi əməliyyatdan sonra verdiyi açıqlamada “Bu qərar Rusiya təyyarələrinə hücum edə biləcəyimiz anlamına gələcək. Bu, şübhəsiz ki, böhranı eskalasiya etmək qərarı olacaq. Bu, həm də bizi Rusiya ilə hərbi münaqişəyə soxacaq”, - deyib.
Beynəlxalq ictimaiyyətin Ukraynanın yanında olması və Rusiyaya qarşı sanksiyalardan sonra bütün Qərb güclərini hədəfə alan Rusiya prezidenti Putin onlara müdaxilə edən hər kəsə sərt reaksiya veriləcəyini bildirib.
Rusiyanın hədə-qorxularına baxmayaraq, ABŞ aylardır ki, Ukraynanın müdafiə xətlərini gücləndirmək üçün əhəmiyyətli silah yardımı edir. Hətta iş o yerə çatıb ki, bir çox hərbi texnika, o cümlədən yer-hava tipli “Stinger” raketləri, tank əleyhinə “Javelin” raketləri və təkmil radar sistemləri sayəsində Ukrayna ordusunun atəş gücü artırılıb. Üstəlik, Ukraynanı “kəşfiyyat axını” ilə təmin edirlər.
İndiyə qədər uçuşa qadağan zonası olub?
Uçuş qadağan zonası anlayışı ilk dəfə 1990-cı illərin əvvəllərində ortaya çıxıb. ABŞ Yaxın Şərqdə və Balkanlarda başlayan münaqişələrdə mülki əhalini qorumaq üçün uçuş qadağan zonası elan edib. 1991-ci ildə Birinci Körfəz Müharibəsindən sonra ABŞ Səddam Hüseynin itaətsiz hesab etdiyi şiə əhaliyə hücumların qarşısını almaq üçün İraqda uçuşa qadağan zonası ilə bağlı qərar verib. ABŞ, İngiltərə və Fransa hökumətləri BMT-nın 688 saylı qətnaməsinə istinad edərək, uçuşa qadağan zonası elan etdiklərini açıqlayıblar. Bununla belə, BMT-nin müvafiq qətnaməsində uçuşa qadağan zonalarından bəhs edilməyib. Ona görə də BMT-nin qərarı olmadan ilk Uçuşa qadağan zonası bəyannaməsi verilib.
Vaşinqton Yaxın Şərq Araşdırmaları İnstitutunun hazırladığı 2002-ci il hesabatında ABŞ-ın liderliyi ilə “Uçuşa qadağan zonası” qərarında koalisiya qüvvələri tərəfindən ən azı 300 min uçuş edildiyi açıqlanıb.
Strateji və Büdcə Qiymətləndirmələri Mərkəzi 2011-ci il hesabatında 1996-2001-ci illər arasında qüvvədə olan “Uçuşa qadağan zonası” qərarının 1 milyard dollardan baha başa gəldiyini bildirib.
1992-ci ilə qədər, keçmiş Yuqoslaviya ərazisində Balkanlarda vətəndaş müharibəsi zamanı, BMT Təhlükəsizlik Şurası Bosniya və Herseqovinanın hava məkanı üzərində “təsdiq olunmamış” hərbi uçuşları qadağan etdiyini, əsasən Bosniya-Serbiya qüvvələrinin hava hücumlarının qarşısını aldığını elan edib. Yuqoslaviyanın parçalanması ilə bu dəfə BMT sülhməramlılarının müdafiəsi üçün iki illik “Uçuşa qadağan zonası” elan olunub. 1994-cü ilə qədər uçuşa qadağan zonasına nəzarət edərkən ABŞ döyüş təyyarələri də dörd Serb təyyarəsini vurub.
2011-ci ildə BMT Təhlükəsizlik Şurası Liviyaya hərbi müdaxilənin bir hissəsi olaraq uçuşa qadağan zonası elan etdiyini açıqlayıb. Uçuşa qadağan zonası NATO Hərbi Hava Qüvvələri tərəfindən qorunub. O zaman Rusiya Qəddafinin tərəfini tutub və uçuşlara qadağa qoyulması qərarına qarşı çıxıb.
Digər variantlar
Avropanın ikinci böyük ölkəsi olan Ukraynada uçuşa qadağa zonası tətbiq etmək əvəzinə, “məhdud hava məkanı” yaratmaq variantları da nəzərdən keçirilir. ABŞ-ın bir sıra sabiq diplomat və təhlükəsizlik mütəxəssislərinin məktubunda təhlükəsiz uçuşlar üçün məhdud ərazidə və vaxtda “Məhdud uçuşa qadağan zonası”nın tətbiqi təklif olunur. Bundan əlavə, məktubda “Böyük itkilərin qarşısını almaq və daha çox insanın həyatını itirməsinə imkan verməmək üçün nə lazımdırsa, edilməlidir”,- ifadəsi işlədilib.
Ağ Evin mətbuat katibi C. Psaki bildirib ki, bu təklifləri nəzərdən keçirirlər, lakin Ukrayna üzərində daha geniş uçuşa qadağan zonası elan etmək eyni riskləri daşıyır.
Psaki deyib ki, “Uçuş qadağan zonası” qərarının icrası Rusiya təyyarələrinin vurulmasını tələb edir. “Bu, bizi Rusiya ilə müharibəyə apara biləcək bir hərəkət olardı. Amma biz bütün variantları bir-bir nəzərdən keçiririk”,- deyə Psaki əlavə edib.
Reyting.az

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Noyabr 2024 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri