Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Mark Endeveld (əvvəli https://xalqqazeti.az/az/siyaset/207420-boyuk-manipulyator) Çağırılmayan yeri dar edən qonaq həyasızlıq edir Ancaq bu təcrübəli adamlar Fransız səfirliyində baş verəcək bir gözlənilməz görüşün qarşısını ala bilmirlər.
Qonaqlığın qızğın çağında Emmanuel Makron V Respublikanın ən məşhur personajlardan biri olan Aleksandr Djuri ilə üz-üzə gəlir.
Beynəlxalq müqavilələrin imzalanmasında (silah satışı, təyyarələr) həmişə yaxından iştirak edən, xüsusilə Dominik dö Villpənt və Nikola Sarkozi ilə çox yaxın olan, indi də Makronla yaxınlıq etməyə can atan bu iş adamının cibində rəsmi dəvətnamə də var.
Ancaq “Le Canard enchaîné” qəzeti bir müddətdən sonra aşkara çıxaracaq ki, dəvətnamədə onun familiyası səhv yazılıb.
“Fransa Respublikasının Prezidenti Emmanuel Makron cənab Aleksandr Djuridən acizanə surətdə xahiş edir ki, onun Əlcəzairə səfəri münasibətilə təşkil edilən qəbulda iştirak etsin”.
Otuz ildən bəri ancaq başqalarının kölgəsində hərlənən bu iş adamı dövlətin bütün sirlərindən yaxşı xəbərdardır.
O, indiyə qədər bütün prezidentlərlə – istər, sağçı olsun, istərsə də, solçu – dil tapa bilib.