Icma.az
close
up
RU
Menu

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

Samsunda aramsız yağışlar daşqına səbəb olub

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

“Atletiko”dan səfər qələbəsi

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

Dünyanın ən dinc ölkəsi açıqlandı

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

Həyatı əbədi dəyişəcək 4 bürc

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

“Böyük manipulyator”

“Böyük manipulyator”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mark Endeveld

(əvvəli https://xalqqazeti.az/az/siyaset/207420-boyuk-manipulyator

Çağırılmayan yeri dar edən qonaq həyasızlıq edir

Ancaq bu təcrübəli adamlar Fransız səfirliyində baş verəcək bir gözlənilməz görüşün qarşısını ala bilmirlər. Qonaqlığın qızğın çağında Emmanuel Makron V Respublikanın ən məşhur personajlardan biri olan Aleksandr Djuri ilə üz-üzə gəlir. Beynəlxalq müqavilələrin imzalanmasında (silah satışı, təyyarələr) həmişə yaxından iştirak edən, xüsusilə Dominik dö Villpənt və Nikola Sarkozi ilə çox yaxın olan, indi də Makronla yaxınlıq etməyə can atan bu iş adamının cibində rəsmi dəvətnamə də var. Ancaq “Le Canard enchaîné” qəzeti bir müddətdən sonra aşkara çıxaracaq ki, dəvətnamədə onun familiyası səhv yazılıb. “Fransa Respublikasının Prezidenti Emmanuel Makron cənab Aleksandr Djuridən acizanə surətdə xahiş edir ki, onun Əlcəzairə səfəri münasibətilə təşkil edilən qəbulda iştirak etsin”. 

Otuz ildən bəri ancaq başqalarının kölgəsində hərlənən bu iş adamı dövlətin bütün sirlərindən yaxşı xəbərdardır. O, indiyə qədər bütün prezidentlərlə – istər, sağçı olsun, istərsə də, solçu – dil tapa bilib. Amma tədqiqat aparan jurnalist Pier Peanın yazdığı kimi, Aleksandr Djuri Sarkozinin dövründə V Respublikanın ən vacib fiqurlarından birinə çevrildi.... Ancaq Holland prezident seçiləndən sonra Aleksandr Djurinin siyasi həyatında çətinliklər başladı. Hamının “Müsyö Aleksandr” çağırdığı bu adam əvvəllər banditizmlə məşğul olub, sonra isə, daha doğrusu 1980-ci illərin sonundan, bandit karyerasını Fransa-Afrika şəbəkələrində, xüsusən də Elf kimi məşhur neft şirkətinin yüksək vəzifəli şəxsləri Andre Tarallo və Alfred Sirven ilə davam etdirdi. Bu minvalla hakimiyyətin dəhlizlərinə ayaq basan bu adam Jak Şirakın keçmiş kabinet direktoru, Kooperasiya naziri olan Mişel Russanın da köməyindən xeyli istifadə edib. 

Dövlətin yüksək vəzifəli məmurlarından biri etiraf edir ki: “Aleksandr Djuri son dərəcə güclü, arxalı, həm Fransada, həm də xaricdə nüfuzlu çevrəsi olan bir adamdır. Əlcəzairdə onun ən yaxın dostu 2010-cu ildə vəfat edən general Larbi Belkheir idi. Mərhum general onun üçün çox qapılar açmışdı. Amma onun çevrəsinin döyünən ürəyi Afrikada – Cibuti ölkəsidir. Məhz bu ölkədə Aleksandr Djuri 2002-ci ildə bankir Vahib Nacerlə tanış olur və qaynı vəkil Mohamed Arefin sayəsində bir sıra böyük miqyaslı maliyyə planları həyata keçirir. Nacer Fransa ilə Səudiyyə Ərəbistanı arasında bağlanan məşhur “Savari II” silah müqaviləsinin həyata keçirilməsində əsas rol oynayan personajlardan biridir. Ancaq məsələ burasındadır ki, 60 yaşında olan Aleksandr Djuri 2017-ci ilin iyun ayından beynəlxalq axtarışdadır – iki fransız prokuroru Serj Turner və Od Büresi onun həbsinə qərar veriblər. Aleksandr Djuri 2007-ci ildə Liviya tərəfindən Sarkozinin prezident kampaniyasının maliyyələşdirilməsində itt iham olunur. Əslən Kabil olan, cibində fransız və Əlcəzair pasportları gəzdirən bu adamın bir tərəfi də qabonludur. Qətər, Cibuti, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İsveçrə və təbii ki, Əlcəzair kimi ölkələr arasında işgüzar səfərlər edən Aleksandr Djuri, hələ ki, Fransaya qayıtmaqdan çəkinir. 

Bu axşam Fransanın Əlcəzairdəki səfirliyindəki bu rəsmi qəbulda Aleksandr Djurinin iştirakı nədənsə heç kimi təəccübləndirmir. Bir ilə yaxındır Fransa mətbuatı ölkədə car çəkir ki, 2016-cı ilin sentyabrından Liviyanın Sarkozinin seçki kampaniyasını maliyyələşdirməsi kontekstində ittiham edilən bu adam, fransız ədalət məhkəməsinin çağırışınıqulaqardına vurub ölkəyə qayıtmır. 2016-cı ilin noyabrında Le Monde qəzeti onun haqqında iki səhifəlik məqalə çap edir. Elə həmin ay, 2016-cı ilin noyabrında Dominik dö Villpənt “France2” telekanalındakı bir verilişdə ötkəm bir səslə etiraf edir ki, Aleksandr Djuri onun dostu olub və dostu olaraq da qalır. “Mənim onunla çox yaxın münasibətlərim var. Bilirəm ki, onun vəziyyəti çox yaxşıdır. Onunla belə maraqlanmağınız mənim üçün xoşdur. Bir adamla dostluq etmək o demək deyil ki, onunla biznes qurursan...” Onun bu sözlərindən sonra studiyada gərginlik hiss olunur.

“Le Canard enchaîné” qəzeti 8 dekabr nömrəsində Aleksandr Djurinin Əlcəzairdə Fransa səfi rliyindəki rəsmi qəbuldakı iştirakını bütün ölkəyə yayır. Bu məqalədə də, bundan sonra çap olunan məqalələrdə də qeyd olunur ki, Emmanuel Makron Aleksandr Djurinin bu qəbulda iştirakına çox pis baxıb. “Prezident çox narazı görünürdü, hətta əsəbiləşmişdi”. Bir neçə həftədən sonra Ksaviye Driankurt polisin korrupsiya ilə mübarizə aparan əməkdaşlarına etiraf etdi ki, “biz qəbuldan sonra hotelə qayıdanda, Makron maşında mənə dedi ki, o gədə hələ mənimlə şəkil də çəkdirmək istəyirdi”. 

Fransa səfirliyindəki qəbuldan sonra Əlcəzairin Baş naziri prezident Makronu və fransız deleqa siyasını rəsmi şam yeməyinə dəvət edir. Bu axşam yeməyi 70-ci illərdə tikilmiş məşhur El Orassi hotelinin restoranında təşkil edilir. Qəribə burasındadır ki, Əlcəzairin ən görkəmli yerində ucalan bu hotel, həmçinin Aleksandr Djurinin “baş qərargahıdır”. Əlcəzairə gələndə Djuri həmişə bu hoteldə qalır. Buna görə də qətiyyən təəccüblü deyil ki, Fransa prezidentinin Əlcəzairin dövlət nümayəndələri ilə nahar etdiyi böyük salonda Aleksandr Djuri də gözə dəyir. 

Fransanın Əlcəzairdəki səfirinin versiyasına görə “axşam yeməyinə dəvət olunan qonaqların dəvətnamələri – içində də cənab Djurinin dəvətnaməsi olmaqla – əvvəlcədən hazırlanmışdı. Lakin bu siyahı günorta naharına dəvət olunan qonaqların siyahısından fərqli olaraq Yelisey sarayı tərəfindən təsdiq olunmamışdı”. Yeri gəlmişkən, Yelisey sarayı o vaxt “Le Canard enchaîné” qəzetinə izahat vermişdi ki: “Onu (Djuri) səfirlik özü dəvət etmişdi [...] birinci dəfə deyil ki, bu cənab nəyin bahasına olursa, olsun, prezidentə yaxınlaşmağa can atır [...] Onun israrı Makronu qəzəbləndirir”. Xarici İşlər Nazirliyinin diplomatlarından (Əlcəzairdəki qəbulda iştirak edənlər də daxil olmaqla) aldığımız versiya isə tamamilə fərqlidir. Onların dediyinə görə, iki siyahı – nahara və axşam yeməyinə dəvət olunan qonaqların siyahısı Yelisey sarayına göndərilmişdi və bu iki siyahının ikisini də prezidentin Əlcəzairə səfərini təşkil edənlərdən biri – Aleksandr Benalla təsdiqləmişdi!

Polisin qarşısında Əlcəzairdəki fransız səfiri Driankurt Yelisey sarayının versiyasını detalları ilə izah edərək əlavə edəcək ki, əslində, Aleksandr Djurinin yaxın dostu olan Xarici İşlər Nazirliyinin baş katibi 64 yaşlı Moris Qurdolt-Montayn ondan şəxsən xahiş etmişdi ki, Djurini də prezidentin şərəfinə verilən axşam yeməyinə dəvət etsin. 

Moris Qurdolt-Montayn balaca adam deyil, Xarici işlər Nazirliyinin tanınmış bir fiqurdur. Alan Jüppenin keçmiş kabinet rəhbəri, 2002-2007-ci illərdə Jak Şirakın məsləhətçisi olan bu adam, şəxsən Emmanuel Makron tərəfindən Xarici İşlər Nazirliyinə baş katib təyin olunub, yeri gəlmişkən bu, Makronun prezident kimi verdiyi ilk qərarlardan biridir. Bu vəzifədə o, Xarici İşlər Nazirliyi ilə Yelisey sarayı arasında tarazlıq saxlayan əvəzolunmaz bir diplomat kimi tanınır. Məmurlardan birinin dediyi kimi, Moris Qurdolt-Montayn əsl nazirdir. Çevrəsindəki diplomatların karyera qazanmasında böyük rol oynayan bu adamın Aleksandr Djuri ilə dostluğu tez bir zamanda ört-basdır edildi və unuduldu. 

(ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Dekabr 2024 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see198

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

12 May 2026 12:47see192

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see192

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see190

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see183

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see182

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see181

PAŞA Bank İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərinin abunə yazılışının müddətini uzatdı

12 May 2026 15:24see174

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see166

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

12 May 2026 17:32see162

Ronaldu “Əl Nəsr”in qapıçısının avtoqolundan sonra emosiyalarını gizlədə bilməyib FOTO

13 May 2026 02:06see160

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see159

İsveçdə uşaq bağçaları ilə bağlı sosial təminat sistemində saxtakarlıq iddiaları araşdırılır

13 May 2026 03:27see157

“Atletiko”dan səfər qələbəsi

13 May 2026 02:16see157

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see156

Fransada şok: 150 milyonluq transfer rəsmiləşir

13 May 2026 01:29see154

Dünyanın ən dinc ölkəsi açıqlandı

13 May 2026 07:15see153

Tacikistanlı ekspert: Bakı Düşənbənin bütün su təşəbbüslərinə ardıcıl dəstək göstərib

13 May 2026 18:34see151

Həyatı əbədi dəyişəcək 4 bürc

13 May 2026 12:13see151

Moskvada İzmaylovskiy Kremlində yanğın baş verib FOTOLENT

13 May 2026 02:47see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri