Icma.az, Qaynarinfo saytına istinadən bildirir. Kainatın ilkin dövrlərində həyatın nə qədər erkən yarana biləcəyi və həyatın Süd Yolu qalakt
Böyük Maqellan Buludunda yerləşən ST6 adlı "gənc" ulduzun ətrafında beş fərqli karbon əsaslı birləşmə aşkar edilib Qaynarinfo xəbər verir ki
Bu molekullar həyatın əsas qurucu elementləri hesab olunur.
Merilend Universiteti və NASA-dan tədqiqatçı Marta Seviłonun rəhbərliyində aparılan və Astrophysical Journal Letters jurnalında dərc olunan araşdırmada Webb teleskopunun Orta İnfraqırmızı Cihazı (MIRI) vasitəsilə Böyük Maqellan Buludunda yerləşən ST6 adlı "gənc" ulduzun ətrafında beş müxtəlif karbon əsaslı birləşmə aşkar edilib.
Bu birləşmələrə metanol, etanol (spirt növləri), metil format, asetaldehid və sirkənin əsas tərkib hissəsi olan asetik turşu daxildir.
Tədqiqatçılar bildirirlər ki, asetik turşu kosmosdakı buzlarda ilk dəfə bu qədər aydın şəkildə müşahidə olunub.
Bundan əlavə, ulduzdan gələn işığın analizində RNA-nın quruluş elementlərindən biri olan qlikolaldehid adlı şəkərlə əlaqəli bir molekulun izlərinə də rast gəlinib, lakin bu tapıntının dəqiqləşməsi üçün əlavə tədqiqatlara ehtiyac var.
Kainatın ən uzaq guşələri BBC-nin "Sky at Night Magazine" jurnalına danışan Seviło "JWST-nin qeyri-adi həssaslığı və çözünürlüyü sayəsində uzaq bir ulduzun ətrafındakı zəif spektral xüsusiyyətləri aşkar edə bildik” deyərək, teleskopun kainatın ən uzaq guşələrində belə yeni kəşflərə imkan yaratdığını vurğulayıb.