Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Səxavət Məmməd: “Rusiya Ukrayna müharibəsini yekunlaşdırmaq üçün total müharibəyə başlamaq məcburiyyətindədir” İyunun 1-də Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyada keçirdiyi “Hörümcək toru” xüsusi əməliyyatı hələ də dünya gündəmində əsas müzakirə mövzusudur.
Miqyası və texnoloji təminatı baxımından misilsiz əməliyyat sayılan “Hörümçək toru”nun eyni anda üç saat qurşağında həyata keçirilməsi və Ukrayna Prezidenti Volodimir Zelenskinin dediyi kimi, kifayət qədər uzun müddətə hazırlanması bir çox mətləblərdən xəbər verir.
Bu əməliyyatın uğurlu olması, işğalçı ölkənin aviasiyasının üçdə birini sıradan çıxarması Rusiya kəşfiyyat xidmətinin faktiki olaraq zəif olduğunu göstərir.
Çünki il yarım ərzində Rusiyanın daxilində belə genişmiqyaslı əməliyyat keçirilib, amma rus xüsusi xidmət orqanları bundan xəbərsiz olublar.
Ekspertlər bildirirlər ki, ən diqqətçəkən cəhət ondan ibarətdir ki, əməliyyatda süni intellektlə işləyən dronlardan istifadə olunub.
Bu texnologiya dəqiq və nöqtəvi zərbələr endirməyə imkan verir.
Xüsusilə bərpa olunması mümkün olmayan, ciddi strateji əhəmiyyətə malik hərbi təyyarələrə yönəlmiş zərbələr nəticəsində maksimum ziyan vurulub və insan faktoru minimuma endirilib.