Icma.az
close
up
RU
Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma...

Böyük müharibə astanasında: “Hörümçək toru” Rusiyaya ciddi zərər verdi, amma...

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səxavət Məmməd: “Rusiya Ukrayna müharibəsini yekunlaşdırmaq üçün total müharibəyə başlamaq məcburiyyətindədir”

İyunun 1-də Ukrayna Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyada keçirdiyi “Hörümcək toru” xüsusi əməliyyatı hələ də dünya gündəmində əsas müzakirə mövzusudur. Miqyası və texnoloji təminatı baxımından misilsiz əməliyyat sayılan “Hörümçək toru”nun eyni anda üç saat qurşağında həyata keçirilməsi və Ukrayna Prezidenti Volodimir Zelenskinin dediyi kimi, kifayət qədər uzun müddətə hazırlanması bir çox mətləblərdən xəbər verir. Bu əməliyyatın uğurlu olması, işğalçı ölkənin aviasiyasının üçdə birini sıradan çıxarması Rusiya kəşfiyyat xidmətinin faktiki olaraq zəif olduğunu göstərir. Çünki il yarım ərzində Rusiyanın daxilində belə genişmiqyaslı əməliyyat keçirilib, amma rus xüsusi xidmət orqanları bundan xəbərsiz olublar.

Ekspertlər bildirirlər ki, ən diqqətçəkən cəhət ondan ibarətdir ki, əməliyyatda süni intellektlə işləyən dronlardan istifadə olunub. Bu texnologiya dəqiq və nöqtəvi zərbələr endirməyə imkan verir. Xüsusilə bərpa olunması mümkün olmayan, ciddi strateji əhəmiyyətə malik hərbi təyyarələrə yönəlmiş zərbələr nəticəsində maksimum ziyan vurulub və insan faktoru minimuma endirilib. Həmçinin hərbi aerodromlara yaxın ərazilərdə pilotsuz uçuş aparatlarının (PUA) operatorlarının olması çox risklidir. Bu səbəbdən, belə bir texnoloji əməliyyat Moskvaya reputasiya baxımından sarsıdıcı zərbə olub və Rusiyanın yeni nəsil texnoloji hücumlara qarşı cavab vermək iqtidarında olmadığını göstərib.

Mütəxəssislərin qənaətində Ukrayna bu əməliyyatla göstərdi ki, Rusiya tərəfindən İstanbulda keçirilən ikinci görüşdə təklif olunan təslim şərtlərini qəbul etməyəcək və suverenliyini müdafiə etməkdə davam edəcək.

Kiyevin əməliyyatına xaricdən yanaşmalar da fərqlidir. Məsələn, ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kelloq hadisələri şərh edərkən, bunu Ukraynanın eskalasiyası kimi qiymətləndirib.

Avropa mediası isə bu əməliyyatın nəticələrini ümidverici sayır və bildirilir ki, bu, Ukraynanın mübarizəyə davam edəcəyinin və suverenliyini qoruyacağının göstəricisidir. Həm də Ukrayna Rusiya silahlı qüvvələrini cəbhədə saxlayaraq Kalininqrad vilayəti, Suvalki dəhlizi kimi Avropa İttifaqı ölkələrinə yönəlməsinin qarşısını alır. Üçüncü vacib məqam isə odur ki, Ukrayna bu əməliyyatla özünün güclü və daim inkişaf edən hərbi-texnoloji potensialını nümayiş etdirdi.

Hərbi ekspert Səxavət Məmməd AYNA.AZ-a müsahibəsində deyib ki, “Hörümçək toru”nun İstanbuklda Rusiya-Ukrayna atəşkəs və sülh danışıqlarından bir gün əvvəl həyata keçirilməsinin özü bir mesaj idi:

- Rusiyanın strateji bombardmançı təyyarələrinin üçdə bir hissəsini 4 aerodromda sıradan çıxarması Moskvaya ciddi zərbədir. Düzdür, həmin sıradan çıxarılan təyyarələr təmir edilə bilər, amma bu, uzun müddət tələb edir. Bu, Rusiyanı həddən artıq özündən çıxardı və qisas alınacağına söz verildi. Məlum oldu ki, “Hörümçək toru”ndan sonra Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa zəng edib və açıq şəkildə bildirib ki, Kiyev buna görə cəzalandırılacaq. Demək istəyirəm ki, sözügedən əməliyyat danışıqlarda müsbət nəticə əldə etmək ehtimalının üzərindən xətt çəkmiş oldu. Rusiya-Ukrayna müharibəsinin yekunlaşması üçün addımlar atıldığı bir zamanda bəlkə də münaqişə ən ağır dönəminə keçmiş oldu.

- Və Rusiya artıq Kiyevi raketlərlə vurmaqdadır...

- Əlbəttə, Rusiya cavab verəcəyini bəyan etmişdi. Ukrayna kəşfiyyatının keçirdiyi “Hörümçək toru” əməliyyatı Rusiya kimi bir dövlətə ağır zərər verdi. Bu qədər zərər Rusiyanın gücündən güc almış olsa da, müharibənin gedişinə ciddi təsir edəcək amil sayıla bilməz. Rusiyanın Ukraynaya ağır zərbələr endirəcəyi gözlənilən idi. Rusların günlərdir endirdiyi raket zərbələrində qeyri-adi hal yoxdur. Ukraynanın keçirdiyi əməliyyat nə qədər uğurlu alınsa da, bu bir qarış belə torpağı işğaldan azad etmədi. Əksinə, ruslar Donetskdə Nitrius çayını keçdi. Sahədə ordu daha çox irəliləməyə başladı. İddia edilir ki, bu əməliyyatın ikinci İstanbul görüşündən bir gün əvvəl baş verməsi masada Ukraynanın əlini gücləndirmək üçün nəzərdə tutulub. Rusiya dərinliklərində dron hücumu ilə konkret olaraq strateji bombardmançıların məhv edilməsi bir tərəfin əlini necə gücləndirə bilər? Kursk əməliyyatı Ukraynanın əlini gücləndirə bilmədisə, strateji bombardmançıların məhvi heç gücləndirə bilməz.

- Bəs o zaman Ukrayna niyə uzun müddətdir hazırladığı əməliyyatı məhz indi həyata keçirdi?

- Ukraynanın həyata keçirdiyi bu əməliyyat cəbhədən daha çox Rusiya daxilinə hesablanmış sayıla bilər. 18 ay davam edən planlamadan xəbər tutmayan Rusiya xüsusi xidmət orqanları, o aerodromların mühafizəsini təşkil edənlər, o təyyarələri anqarlardan çıxaranlar zərbə altında qaldı. Ümumilikdə ölkənin 4 aerodromunda əməliyyat keçirilir və bundan hüquq mühafizə orqanları xəbər tutmur. Burada Ukrayna tərəfinin nə qədər qüsursuz iş gördüyünü desək də, Rusiya hüquq mühafizə orqanlarının o qədər vecsiz olduğu üzə çıxır. Rusiya faktiki olaraq adını “xüsusi hərbi əməliyyat” qoyaraq Ukrayna torpaqlarını işğal edir. Ukrayna tərəfi isə maksimum buna cavab verməyə çalışır. Açıq şəkildə görünür ki, Ukrayna tərəfi sahədə Rusiya ordusunun qarşısını almaqda çətinlik çəkir. Ona görə də keçirdiyi əməliyyatları cəbhədə yox, daha çox Rusiya daxilində etməyə cəhdlər göstərir. Bununla Kiyev nəticə əldə edəcəkmi sualına cavab mübahisəlidir. Çünki məsələn, Kursk əməliyyatı gözlənilən nəticə vermədi. “Hörümçək toru”nun da ciddi nəticə verəcəyini düşünmək çətindir.

- Faktiki olaraq, qarşılıqlı zərbələr münaqişə ilə bağlı sülh prosesinə ağır zərbə vurur. Bu, prosesin taleyi necəı olacaq?

- Rusiya da fərqindədir ki, bu cür, “sürünən müharibə” ilə nəticə əldə etmək mümkün deyil. Ona görə də Rusiya Ukrayna müharibəsini yekunlaşdırmaq üçün total müharibəyə başlamaq məcburiyyətindədir. Rusiyanın daha böyük müharibəyə hazırlaşması barədə ciddi informasiyalar mövcuddur. Məsələ burasındadır ki, Rusiyanın Ukrayna müharibəsini bitirmədən hansısa ciddi müharibəyə hazırlaşması və yaxud başlaması qeyri-realdır. Bundan əlavə, Rusiya da fərqinə vardı ki, sülh danışıqları, İstanbul görüşləri sadəcə olaraq müharibənin vaxtını uzatmaqdan başqa bir işə yaramır. Böyük Britaniya, Almaniya açıq şəkildə müdafiə qabiliyyətlərini artırmaq üçün addımlar atırlar. Görünən odur ki, əgər böyük müharibə başlayacaqsa, yenə də Avropa əsas savaş meydanına çevriləcək. Bundan əlavə, ruslar artıq açıq şəkildə deyirlər ki, Ukrayna müharibəsini uzandıqca, Rusiya dünyadakı digər proseslərdən uzaq qalır. ABŞ açıq şəkildə Avropanı müharibə meydanına çevirir. Avropanın, elə Rusiyanın da ən böyük səhvi bu münaqişələri Amerika qitəsinə daşıya bilməməsidir. Ona görə də bütün böyük müharibələrdən ABŞ qazanclı çıxır və çıxacaq. Proses təxminən bu istiqamətdə irəliləyir və müharibənin tezliklə başa çatacağını iddia etmək mümkün deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://ayna.az
archiveBu xəbər 07 İyun 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri