Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi planlı şəkildə həyata keçirilir ŞƏRH EDİLDİ…
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi Qələbə əldə etməklə uzun illər işğal altında olan torpaqlarını azad etdi.
Bu möhtəşəm zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də yeni bir mərhələnin – Böyük Qayıdışın başlanğıcı oldu.
Böyük Qayıdış dedikdə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və oraya insanların mərhələli şəkildə geri köçürülməsi nəzərdə tutulur.
Bu, ölkənin gələcək inkişafı üçün son dərəcə mühüm və strateji əhəmiyyətə malik bir prosesdir".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, hazırda dövlət bu istiqamətdə çoxşaxəli və ardıcıl fəaliyyət həyata keçirir.
Əvvəlcə həmin ərazilərdə genişmiqyaslı mina təmizləmə işləri görülür.
Bu, təhlükəsizliyin təmin olunması baxımından ən vacib mərhələlərdən biridir.
Tam oxu
Xəbəri oxu