Icma.az
close
up
RU
Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi planlı şəkildə həyata keçirilir ŞƏRH EDİLDİ

Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi planlı şəkildə həyata keçirilir ŞƏRH EDİLDİ

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi Qələbə əldə etməklə uzun illər işğal altında olan torpaqlarını azad etdi. Bu möhtəşəm zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də yeni bir mərhələnin – Böyük Qayıdışın başlanğıcı oldu. Böyük Qayıdış dedikdə, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və oraya insanların mərhələli şəkildə geri köçürülməsi nəzərdə tutulur. Bu, ölkənin gələcək inkişafı üçün son dərəcə mühüm və strateji əhəmiyyətə malik bir prosesdir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib.Onun sözlərinə görə, hazırda dövlət bu istiqamətdə çoxşaxəli və ardıcıl fəaliyyət həyata keçirir. Əvvəlcə həmin ərazilərdə genişmiqyaslı mina təmizləmə işləri görülür. Bu, təhlükəsizliyin təmin olunması baxımından ən vacib mərhələlərdən biridir. Eyni zamanda azad edilmiş torpaqlarda infrastrukturun yenidən qurulması işləri sürətlə davam etdirilir: "Yol-nəqliyyat sistemi bərpa olunur, yeni yollar çəkilir, dəmir yolları salınır, beynəlxalq hava limanları tikilir. Füzuli, Zəngilan və Laçın hava limanları artıq fəaliyyətə başlayıb və bu, bölgənin gələcək iqtisadi potensialı üçün ciddi imkanlar yaradır. İnfrastrukturla yanaşı elektrik, qaz, su və rabitə xətləri də yenidən qurulur. Bu proses ekoloji prinsiplərə əsaslanaraq həyata keçirilir və "yaşıl enerji" konsepsiyasına xüsusi önəm verilir. Bir çox yaşayış məntəqələrində günəş və külək enerjisindən istifadə imkanları yaradılır. Şəhər və kəndlər müasir planlaşdırma əsasında yenidən salınır. Ən diqqətçəkən nümunələrdən biri isə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən "Ağıllı kənd" layihəsidir. Bu kənddə bütün kommunikasiya sistemləri, evlər və sosial obyektlər müasir texnologiyalarla təchiz olunub və oraya artıq bir neçə yüz ailə köçürülüb.Böyük Qayıdış çərçivəsində məskunlaşma prosesi də planlı şəkildə həyata keçirilir. Artıq Füzuli, Laçın, Xocalı, Zəngilan və digər rayonlara ailələrin köçürülməsinə start verilib. Dövlət tərəfindən qayıdan ailələrə evlər, torpaq sahələri, maliyyə və məişət dəstəyi göstərilir. Məktəblər, xəstəxanalar, uşaq bağçaları və digər sosial obyektlər inşa edilir ki, bu da bölgədə dayanıqlı və rahat yaşayış üçün zəmin yaradır.Bütün bu görülən işlər göstərir ki, Böyük Qayıdış təkcə fiziki bərpa deyil, həm də milli ruhun, tariximizin və mədəniyyətimizin yenidən canlandırılmasıdır. Uzun illər həsrətində olduğumuz bu torpaqlara həyatın geri dönməsi böyük mənəvi dəyərə malikdir. Bu proses həm də vətəndaşlarımızın öz doğma yurdlarına qürurla, əminliklə qayıtmasını təmin edir. Dövlətin bu məsələyə göstərdiyi diqqət və qayğı, siyasi iradə və iqtisadi imkanlar Böyük Qayıdışın uğurla reallaşacağından xəbər verir.Fikrimcə, Böyük Qayıdış təkcə keçmişin izlərini silmək və yenidən qurmaq deyil, həm də gələcək nəsillərə güclü, müasir və vətənpərvər bir Azərbaycan mirası qoymaq deməkdir. Bu prosesin davamlı və şəffaf şəkildə həyata keçirilməsi, ictimaiyyətin də bu işə fəal şəkildə cəlb olunması son dərəcə vacibdir. Əgər bu layihə planlı şəkildə davam etdirilərsə, yaxın illərdə işğaldan azad olunan bölgələr nəinki bərpa olunacaq, həm də ölkənin ən inkişaf etmiş və cəlbedici bölgələrindən birinə çevriləcək".

Müəllif: Ziya Hikmətoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri