Böyük Qayıdış la bağlı proqram uğurla həyata keçirilir ŞƏRH EDİLDİ | Icma.az
Sia Az saytına istinadən Icma.az xəbər verir. ""Böyük Qayıdış"la bağlı proqram uğurla həyata keçirilir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, insanlar həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi zonalarında yerləşən kənd və qəsəbələrə mərhələli şəkildə qayıdırlar: "Bir həftə öncə cənab Prezident Ağdam rayonunun bir neçə yaşayış məntəqəsində aparılan tikinti və bərpa işlərinin gedişi ilə tanış olub və bir sıra obyektlərin açılışında iştirak edib.
Bu yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir və artıq həmin kəndin sakinləri öz doğma yurdlarına qayıtmağa başlayıblar.
Bu proses uzunmüddətli olsa da, uğurla və sistemli şəkildə həyata keçirilir.
Bunun əsas səbəbi müvafiq infrastrukturun yaradılması və eyni zamanda qayıdan sakinlər üçün iş yerlərinin açılmasıdır.
Bu tədbirlər "Böyük Qayıdış" proqramının davamlı şəkildə həyata keçirilməsini və sakinlərin hərtərəfli təmin olunmasını hədəfləyir.
Qeyd etmək lazımdır ki, bu proses regionda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə sıx bağlıdır.
Tam oxu
Xəbəri oxu