Icma.az
close
up
RU
Böyük Qayıdış la bağlı proqram uğurla həyata keçirilir ŞƏRH EDİLDİ

Böyük Qayıdış la bağlı proqram uğurla həyata keçirilir ŞƏRH EDİLDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

""Böyük Qayıdış"la bağlı proqram uğurla həyata keçirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, insanlar həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi zonalarında yerləşən kənd və qəsəbələrə mərhələli şəkildə qayıdırlar: "Bir həftə öncə cənab Prezident Ağdam rayonunun bir neçə yaşayış məntəqəsində aparılan tikinti və bərpa işlərinin gedişi ilə tanış olub və bir sıra obyektlərin açılışında iştirak edib. Bu yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir və artıq həmin kəndin sakinləri öz doğma yurdlarına qayıtmağa başlayıblar. Bu proses uzunmüddətli olsa da, uğurla və sistemli şəkildə həyata keçirilir. Bunun əsas səbəbi müvafiq infrastrukturun yaradılması və eyni zamanda qayıdan sakinlər üçün iş yerlərinin açılmasıdır. Bu tədbirlər "Böyük Qayıdış" proqramının davamlı şəkildə həyata keçirilməsini və sakinlərin hərtərəfli təmin olunmasını hədəfləyir.

Qeyd etmək lazımdır ki, bu proses regionda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə sıx bağlıdır. Aydındır ki, insanlar boş və infrastruktursuz ərazilərə qayıda bilməzlər. Orada yaşayış üçün müasir evlər tikilməli, yollar salınmalı, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunmalıdır. Təəssüflər olsun ki, işğal dövründə həmin ərazilər minalanıb və ciddi ekoloji çirklənməyə məruz qalıb. Hazırda ərazilərin minalardan təmizlənməsi prosesi intensiv şəkildə davam etdirilir ki, bu da təbii olaraq qayıdış prosesini çətinləşdirir və əlavə resurslar tələb edir. Bu isə bir daha göstərir ki, "Böyük Qayıdış" sadə bir məsələ deyil, əksinə, kompleks və resurstutumlu bir prosesdir.

Digər ölkələrin azad olunmuş ərazilərində müəyyən dərəcədə infrastruktur və yaşayış binaları qorunub saxlanıldığı halda, Azərbaycanda həmin ərazilərdə demək olar ki, heç bir yaşayış və sosial infrastruktur qalmayıb, əksinə, torpaqlar geniş şəkildə minalanıb. Bu səbəbdən işin miqyası və çətinliyi daha böyükdür".

"Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan dövləti bu prosesin öhdəsindən qətiyyətlə gəlir. Yaxın vaxtlarda keçmiş məcburi köçkünlərimizin Qubadlı, Kəlbəcər, Zəngilan və digər rayonlara da qayıdacağı gözlənilir. Qeyd etmək lazımdır ki, xüsusilə Kəlbəcər, Qubadlı və Laçın rayonlarında ağır relyef şəraitinə baxmayaraq, tikinti və bərpa işləri uğurla davam etdirilir və artıq bir neçə kənd hazır vəziyyətə gətirilib. Ümid edirik ki, bu ilin sonuna qədər on minlərlə insan öz doğma yurdlarına qayıdacaq, orada fəaliyyət göstərəcək və qədim torpaqlarımızın yenidən çiçəklənməsi üçün öz töhfələrini verəcəklər" - deyə o, əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:194
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri