Icma.az bildirir, Ses qazeti portalına istinadən. Şərqi Zəngəzur və Qarabağa Böyük Qayıdış uğurla həyata keçirilir.
Demək olar ki, əzəli torpaqlarımız hər gün bir köç karanını qarşılayır.
Xalqımızın Ümummili Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti, yürütdüyü güclü daxili və xarici siyasəti, qəbul etdiyi qərarlar, sərgilədiyi diplomatik gedişlər Azərbaycan xalqının tarixinə Zəfər sözünü yazdı.
O Zəfəri ki, illərlə öz doğma yurdundan didərgin düşmüş insanları yurd yerlərinə qovuşdurdu. Tarixi torpaqlarımıza sahib olduq.
Dünyada qalib xalq kimi adımız hallandı. Münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, hərb yolu ilə torpaqlarımız işğaldan azad olundu.
Bu tarixi ədalətimiz idi. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü.
Artıq biz Qarabağa və Şərqi Zəngəzura qayıtmışıq. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var.
Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir.