Icma.az
close
up
RU
Böyük Qayıdış: Şərqi Zəngəzur və Qarabağda açılan yeni səhifələr

Böyük Qayıdış: Şərqi Zəngəzur və Qarabağda açılan yeni səhifələr

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Şərqi Zəngəzur və Qarabağa Böyük Qayıdış uğurla həyata keçirilir. Demək olar ki, əzəli torpaqlarımız hər gün bir köç karanını qarşılayır. Xalqımızın Ümummili Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin yenilməz qətiyyəti, yürütdüyü güclü daxili və xarici siyasəti, qəbul etdiyi qərarlar, sərgilədiyi diplomatik gedişlər Azərbaycan xalqının tarixinə Zəfər sözünü yazdı. O Zəfəri ki, illərlə öz doğma yurdundan didərgin düşmüş insanları yurd yerlərinə qovuşdurdu. Tarixi torpaqlarımıza sahib olduq. Dünyada qalib xalq kimi adımız hallandı. Münaqişənin sülh yolu ilə həll edilmədiyi halda, hərb yolu ilə torpaqlarımız işğaldan azad olundu. Bu tarixi ədalətimiz idi. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Artıq biz Qarabağa və Şərqi Zəngəzura qayıtmışıq. Daşlaşmış yaddaşda tariximiz var, keçmişimiz, mədəniyyətimiz var. Bu gün Böyük Qayıdış üçün lazımı tədbirlər həyata keçirilir. Reallaşdırılan infrastruktur layihələr və tədbirlər bir daha sübut edir ki, işğaldan azad olunan ərazilər yenidən dirçəlir və yeni bir inkişaf, abadlıq və quruculuq dövrünə qədəm qoyub.

83 NƏFƏRDƏN İBARƏT 21 AİLƏ BALLICA KƏNDİNDƏ DOĞMA YURDA QOVUŞUB

Bir çox işğaldan azad olunan ərazilərimiz kimi, Böyük Qayıdışın Xocalı səhifəsi də yazılıb. Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə qovuşub. Yaddaşlarda tarixi hadisə çevrilən gün 83 nəfərdən ibarət 21 ailəni doğma yurduna qovuşdurub. Ballıca kəndinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ballıca kəndi elektrik enerjisi, təbii qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib. Bu gün köçürülənlər də daxil olmaqla, Ballıca kəndində 157 ailə (742 nəfər) məskunlaşıb. Bununla yanaşı, aprelin 21-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə də çatıb. Bu mərhələdə köçürülən 141 nəfərdən ibarət 34 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Yüzlərlə insanın qanı tökülən bir şəhərdə əzəli sakinlərin nəfəsi duyulur, isti ocaqları soyumuş divarlara rahatlıq gətirib. Bildiyimiz kimi, birinci mərhələdə 20 ailə Xocalıya qayıtdı.

1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. "Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi" – deyə Prezident bildirib.

"ÜRƏYİMDƏ SAXLAYIRDIM Kİ, BU MEMORİAL KOMPLEKS XOCALIDA YARADILMALIDIR VƏ BELƏ DƏ OLDU"

Bu gün Xocalının qapısı üzümüzə açıqdır. Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövrün başlanğıcı. Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoyub. Xocalı-Əsgəran avtomobil yolunun üzərində Heydər Əliyev Fondu tərəfindən yaradılacaq Xocalı Soyqırımı Memorialı bəşəriyyətə qarşı yönəlmiş dəhşətli qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsində əhəmiyyətlidir. Cənab Prezident bildirib ki, Xocalı soyqırımı abidəsinin, Memorial Kompleksinin yaradılması ilə bağlı uzun illər məsələlər müzakirə edilirdi, hətta "Ana fəryadı" abidəsinin yanında yer də seçilmişdi, layihə də hazırlanmışdı: "Ancaq hər il mən son təsdiqimi vermirdim. Çünki ürəyimdə saxlayırdım ki, bu Memorial Kompleks Xocalıda yaradılmalıdır və belə də oldu".

Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır.

Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılacaq, ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub.

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ YOL İNFRASTRUKTURU

Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb.

Hazırda Prezident İlham Əliyevin Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası çərçivəsində Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun tikintisi işləri sürətlə davam etdirilir. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu başlanğıcını Bərdə-Ağdam avtomobil yolundan götürür və ümumi uzunluğu 33.6 km təşkil edir. Sözügedən yolun ilk 11.7 km-lik hissəsi layihə üzrə II texniki dərəcəyə uyğun, qalan 21.9 km-lik hissəsi isə I texniki dərəcəyə uyğun yenidən qurulur. Torpaq yatağının eni müvafiq olaraq 15 və 26.5 metr təşkil edir, hərəkət zolaqlarının sayı isə 2 və 4 zolaqdır. Hər bir istiqamət üzrə çiyinlərin eni 3.75 metrdir. Yol yatağı və yol əsası hazır olan hissələr asfaltlanır. Artıq 3.6 km hissədə 2 lay asfalt-beton örtük döşənilib. Yol boyu 148 ədəd müxtəlif diametrlərə malik düzbucaqlı və dairəvi suötürücü boruların, eləcə də keçidlərin tikintisi işləri görülüb və hazırda bu istiqamətdə işlər davam etdirilir. Layihədə nəzərdə tutulan 6707 metr uzunluğa malik istinad divarından 4397 metr hissəsi artıq inşa edilib.

Qeyd edilən işlərə paralel olaraq 1 və 3 aşırımlı 5 körpünün inşası da sürətlə davam etdirilir. Körpülər yolun 1.6, 4.4, 7.2, 9.6 və 14-cü km-lik hissələrində inşa edilir.

GÜNÜMÜZÜN REALLIĞI: BÖYÜK QAYIDIŞ STRATEGİYASINI REALLAŞDIRMAQ

Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapır. Böyük Qayıdış Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsi ilə başlanılsa da bunun miqyası genişləəəndi: Laçın, Şuşa, Füzuli, Ağdam… Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilib.

Bu gün planlı və sistemli şəkildə yeni layihələrin uğurla icrası Zəngilan, Füzüli, Laçın kimi işğaldan azad olunan ərazilərin əzəli sakinlərini qoynuna alıb. Həyata keçirilən genişmiqyaslı layihələr deməyə əsas verir ki, işğaldan azad olunan bütün ərazilərimiz müasir tələblər çəçivəsində yenidən qurulur. Demək olar ki, işğaldan azad olunan ərazilərimizin hər bir məkanında qaynar həyat başlanıb, abadlıq-quruculuq işləri aparılır. Bəli, Laçın, Füzuli şəhərləri, Ağalı (Zəngilan), Talış (Tərtər), Zabux (Laçın) kəndləri yeni dövrünə qədəm qoyub. Azərbaycanın iqtisadi gücü işğaldan azad olunan ərazilərdə yeni həyatın başlanmasına imkan verir. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır.

Bugünki günümüzün reallığı, əsas hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırılmasıdır. Azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılması əsas məsələlərdəndir.

Hazırda Qarabağ və Şərqi Zəngəzur bölgələrində, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, həyata keçirilən bərpa və quruculuq layihələrində çalışan, həmçinin müxtəlif dövlət qurumlarının yerli strukturlarında xidməti vəzifələrini yerinə yetirən şəxslər, səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye və energetika sahələrində fəaliyyət göstərən mütəxəssislər daxil olmaqla, ümumilikdə 40 mindən çox insan yaşayır.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see160

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see145

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see144

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see135

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see123

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see123

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see122

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see120

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see120

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see119

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see118

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see117

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see116

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see115

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see114

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see114

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see113

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see113

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see112

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri