Böyük qayıdışa qardaşlıq töhfəsi | Icma.az
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kurmanqazı mərkəzi Qazaxıstanın Azərbaycana dəstəyinin rəmzidir Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hazırda böyük tikinti-abadlıq işləri aparılır.
Bu proses “Böyük Qayıdış” layihəsinin tərkib hissəsidir. Bir vaxtlar düşmən tapdağı altında inləyən torpaqlarda indi həyat canlanır.
Dağıdılmış kəndlər və şəhərlər müasir planlaşdırma prinsiplərinə uyğun şəkildə yenidən salınır, yollar çəkilir, körpülər, tunellər, su elektrik stansiyaları, hava limanları inşa olunur.
Bir sözlə, insan yaşayışı üçün zəruri olan müasir infrastruktur qurulur.
Məqsəd azad edilmiş əraziləri qısa zamanda tam həyat məkanına çevirmək və köçkünlərin layiqli şəkildə geri qayıdışını təmin etməkdir.
Bir sıra dost və qardaş ölkələrin bu prosesə verdikləri töhfələr ayrıca qeyd edilməlidir.
Söhbət təbii ki, Mərkəzi Asiyanın türkdilli dövlətlərindən və Macarıstandan gedir.
Tam oxu
Xəbəri oxu