Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Böyük qayıdışa qardaşlıq töhfəsi

Böyük qayıdışa qardaşlıq töhfəsi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kurmanqazı mərkəzi Qazaxıstanın Azərbaycana dəstəyinin rəmzidir

Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda hazırda böyük tikinti-abadlıq işləri aparılır. Bu proses “Böyük Qayıdış” layihəsinin tərkib hissəsidir. Bir vaxtlar düşmən tapdağı altında inləyən torpaqlarda indi həyat canlanır. Dağıdılmış kəndlər və şəhərlər müasir planlaşdırma prinsiplərinə uyğun şəkildə yenidən salınır, yollar çəkilir, körpülər, tunellər, su elektrik stansiyaları, hava limanları inşa olunur. Bir sözlə, insan yaşayışı üçün zəruri olan müasir infrastruktur qurulur. Məqsəd azad edilmiş əraziləri qısa zamanda tam həyat məkanına çevirmək və köçkünlərin layiqli şəkildə geri qayıdışını təmin etməkdir.

Bir sıra dost və qardaş ölkələrin bu prosesə verdikləri töhfələr ayrıca qeyd edilməlidir. Söhbət təbii ki, Mərkəzi Asiyanın türkdilli dövlətlərindən və Macarıstandan gedir. Prezident İlham Əliyev oktyabrın 7-də Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçirilən 12-ci Zirvə Görüşündə çıxışı zamanı bu barədə bildirdi: “Çıxışımın sonunda Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə bir daha təşəkkürümü bildirirəm. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb artıq fəaliyyətdədir. Bu, özbək, qazax, qırğız qardaşlarımızın hədiyyəsidir. Macar qardaşlarımızın hədiyyəsi Cəbrayılda tikilən məktəbdir. Türkmən qardaşlarımızın hədiyyəsi bu gün təməli qoyulan Füzuli məscididir. Qardaş Türkiyənin şirkətləri bir çox tunellər, körpülər, yollar inşa edir. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.

Dövlətimizin başçısı oktyabrın 21-də Astanada Qazaxıstan Prezidenti ilə birgə mətbuata bəyanatında bu məsələyə bir daha toxundu: “Kasım-Jomart Kemeleviç iqtisadi-ticari qarşılıqlı fəaliyyət, nəqliyyat-logistika sahəsi, energetika sektoru, humanitar əməkdaşlıq sferası məsələlərini ətraflı işıqlandırdı. Öz tərəfimdən əlavə edərdim ki, Azərbaycanın bütün vətəndaşları, o cümlədən işğaldan azad olunmuş Qarabağda yaşayanlar Qarabağın dirçəlişində Prezident Tokayevin və qardaş Qazaxıstan xalqının rolunu həmişə minnətdarlıqla qeyd edirlər. Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, – Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, – Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı dost köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir”.

Füzuli şəhərində inşa olunan və qazax xalqının hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə istifadəyə verilib. Mərkəzin tikintisi Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilib. Qazaxıstan Prezidenti Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini bildirib. Keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı ilə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində təhsil alan şagirdlərin də sayı artır. Mərkəz mart ayında 25 şagird və 5 müəllimlə fəaliyyətə başlamışdısa, hazırda şagirdlərin sayı 150-yə, müəllimlərin sayı isə 10-a çatır.

* * *

Xalqımız üçün ən ağır dönəmlərdə qardaş dəstəyini hiss etdiyimiz, işğal dövründə bütün beynəlxalq platformalarda ölkəmizi həmişə dəstəkləyən, bizimlə həmrəyliyə səs verən, keçmiş münaqişənin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına çalışan Qazaxıstan bu gün də köməyini əsirgəmir. Əlbəttə, bunun səbəbi ilk növbədə xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluğun, qardaşlığın birləşdirməsidir. Digər səbəb isə iki ölkə prezidentləri arasında formalaşmış sıx əlaqələrdir. Bu gün Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası münasibətlər də məhz bu möhkəm bünövrə üzərində qurulur. Son illər bu əlaqələr siyasi və iqtisadi sahələrlə yanaşı, humanitar sferada da yeni məzmun və dinamika qazanıb. Əminliklə demək olar ki, Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə inşa edilən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki xalq arasında dostluq körpüsünün simvoluna çevrilib. Bu mərkəz təkcə bir tikili deyil. O, Qazaxıstan xalqının Azərbaycanla həmrəylik və mənəvi bağlılığının təcəssümüdür.

Kurmanqazı mərkəzinin adında dərin rəmzi məna var. Qazax xalqının görkəmli xalq musiqiçisi, bəstəkar Kurmanqazı Sağırbayulı (1818-1896) həm musiqi, həm də milli kimlik baxımından türk dünyasının birləşdirici simalarından biridir. Mahir domra ifaçısı kimi də şöhrət qazanmış Kurmanqazının qazax musiqi mədəniyyətinin inkişafına böyük təsiri olub. Bu mədəniyyət ocağının Qarabağda yaradılması bir tərəfdən bölgənin dirçəlişinə, digər tərəfdən Türk dünyasının mədəni inteqrasiyasına töhfə verir.

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı təkcə infrastrukturun bərpası deyil, həm də mənəvi mühitin dirçəldilməsi prosesidir. Qazaxıstanın bu prosesdə iştirakı qardaş ölkənin bölgənin yenidən qurulmasına töhfə vermək istəklərinin bariz göstəricisidir. Prezident İlham Əliyevin Astanada dediyi kimi, azad olunmuş Qarabağda yaşayanlar Prezident Tokayevin və qazax xalqının rolunu minnətdarlıqla xatırlayırlar. Əlbəttə, bu sözlər, sadəcə, diplomatik jest deyil, regionun bərpasında real əməkdaşlığın nəticəsidir.

Qazaxıstan–Azərbaycan humanitar əməkdaşlığının digər istiqamətləri də diqqətəlayiqdir. Qazaxıstanda Azərbaycan dili və ədəbiyyatı ilə bağlı tədris layihələri həyata keçirilir. Eyni zamanda, 2023-cü ildə Azərbaycanda Qazaxıstan, 2024-cü ildə isə Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Gənclər və tələbələr arasında mübadilə proqramları genişlənir. Türk Dövlətləri Təşkilatı çərçivəsində aparılan mədəni layihələr bu iki xalqın əlaqələrinin institusional səviyyədə möhkəmlənməsinə xidmət edir. Qazax ədəbiyyatının inkişafında mühüm rolu olan Kemel Tokayevin “Gecə açılan atəş” adlı povestlər toplusu Azərbaycan dilinə nəşr olunub. Qeyd edək ki, Qazaxıstan Prezidentinin atası Kemel Tokayeviç Tokayev (1923-1986) qazax yazıçısı və redaktoru, qazax nəsrində detektiv janrın banisidir. O, İkinci Dünya müharibəsinin iştirakçısıdır. 2023-cü ildə Bakıda Kemel Tokayevin 100, Mir Cəlal Paşayevin 115 illik yubileylərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Digər tərəfdən, qardaş ölkələr arasında mədəni diplomatiyanın uğurla tətbiqi həm də regionda inteqrasiya proseslərinin dərinləşməsinə təkan verir. Kurmanqazı mərkəzi kimi layihələr gələcək nəsillərin bir-birini daha yaxşı tanımasına, türk xalqları arasında ümumi dəyərlər sisteminin formalaşmasına imkan yaradır.

Politoloq İlqar Vəlizadə XQ-yə bildirdi ki, Qazaxıstanın Qarabağda belə bir mədəniyyət ocağı inşa etməsi iki mühüm aspekt daşıyır. Onun sözlərinə görə, birincisi, bu addım humanitar diplomatiyanın real nəticəsidir. İkincisi isə Türk dünyasında qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edir: “Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, sadəcə, mədəniyyət layihəsi deyil, həm də strateji mesaj daşıyır. Bu, göstərir ki, Qazaxıstan Qarabağın bərpasını yalnız Azərbaycanın problemi kimi görmür. Bu, bütün Türk dünyasının ortaq məsuliyyətidir. Kurmanqazı mərkəzi vasitəsilə Qazaxıstan, əslində, mənəvi mənada bizim yanımızda olduğu mesajını verir”.

İ.Vəlizadə qeyd etdi ki, belə layihələr türk dövlətləri arasında əməkdaşlığı daha praktik səviyyəyə qaldırır: “Əgər əvvəllər əməkdaşlıq daha çox bəyanatlar səviyyəsində qalırdısa, indi bu, real infrastruktur və mədəni layihələrlə möhkəmlənir. Qazaxıstanın Qarabağda yaratdığı mərkəz Türk dünyasında birliyin yeni modelidir”.

Ekspert vurğuladı ki, Qazaxıstanla Azərbaycanın birgə həyata keçirdiyi bu təşəbbüs gələcəkdə digər türk ölkələri üçün də örnək ola bilər. Onun sözlərinə görə, humanitar əməkdaşlıq sahəsində atılan belə addımlar xalqlar arasında münasibətləri uzunmüddətli və davamlı edir. İ.Vəlizadənin qeyd etdiyi kimi, Füzulidəki Kurmanqazı mərkəzi təkcə uşaq yaradıcılığının deyil, Türk dünyasının həmrəyliyinin, qarşılıqlı etimad və mənəvi birliyin rəmzinə çevrilib. Bu mərkəz Qarabağın bərpası ilə yanaşı, qardaş xalqların gələcəyə birlikdə baxmaq əzmini nümayiş etdirir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see617

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see549

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see421

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see334

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see296

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see292

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see290

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see278

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see273

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see254

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see237

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see228

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see227

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see222

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see217

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see209

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see202

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see199

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see198

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri