Braziliya Latın Amerikasında önəmli ticarət tərəfdaşımızdır | Icma.az
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nü­mayəndə heyəti Latın Amerikasında səfərdə olub.
Onlar Braziliyada bir sıra tədbirlərdə iştirak edib, əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.
Braziliyanın vitse-prezidenti, inki­şaf, sənaye, ticarət və xidmətlər naziri Jeraldo Alkminin Elnur Əliyevlə görü­şü zamanı Azərbaycanın Braziliya ilə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb.
Ölkəmizdə həyata keçirilən islahatlar barədə məlu­mat verilib. Qeyd edilib ki, Braziliya ilə iqtisadi–ticarət əlaqələri uğurla inkişaf edir.
2025-ci ilin yanvar-iyul aylarında bu ölkə ilə ticarət dövriyyəsi 230 milyon ABŞ dollarından çox olub.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəkdir.
Braziliya ilə ticarət dövriy­yəsinin artırılması üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb.
Tam oxu
Xəbəri oxu