Icma.az
close
up
RU
Braziliya Latın Amerikasında önəmli ticarət tərəfdaşımızdır

Braziliya Latın Amerikasında önəmli ticarət tərəfdaşımızdır

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nü­mayəndə heyəti Latın Amerikasında səfərdə olub. Onlar Braziliyada bir sıra tədbirlərdə iştirak edib, əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

Braziliyanın vitse-prezidenti, inki­şaf, sənaye, ticarət və xidmətlər naziri Jeraldo Alkminin Elnur Əliyevlə görü­şü zamanı Azərbaycanın Braziliya ilə əməkdaşlığın möhkəmləndirilməsinə önəm verdiyi vurğulanıb. Ölkəmizdə həyata keçirilən islahatlar barədə məlu­mat verilib. Qeyd edilib ki, Braziliya ilə iqtisadi–ticarət əlaqələri uğurla inkişaf edir. 2025-ci ilin yanvar-iyul aylarında bu ölkə ilə ticarət dövriyyəsi 230 milyon ABŞ dollarından çox olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə yüksəkdir. Braziliya ilə ticarət dövriy­yəsinin artırılması üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb. Tərəflər qarşı­lıqlı iqtisadi münasibətlərin gündəliyin­də olan məsələləri müzakirə ediblər.

Səfər çərçivəsində Azərbaycan Res­publikası Hökuməti və Braziliya Fede­rativ Respublikası Hökuməti arasında ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun 1-ci iclası keçirilib. İqtisadiyyat nazirinin birinci müavi­ni, işçi qrupunun həmsədri Elnur Əli­yev tədbirdə ticarət, investisiya, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə Braziliya ilə əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu baxımdan birgə işçi qrupu mühüm platforma rolunu oynaya­caq. İclasda Azərbaycanın əlverişli iş­güzar mühiti, investorlar üçün müxtəlif güzəştlər və münbit şərait təqdim edən geniş sənaye və aqroparklar şəbəkəsi haqqında məlumat verilib, braziliyalı sərmayədarlar fəal əməkdaşlığa dəvət edilib.

İclasda çıxış edən Braziliyanın xari­ci işlər nazirinin müavini, birgə işçi qru­punun həmsədri Laudemar Qonçalves de Aguiar Neto Azərbaycanla müxtəlif iqtisadi məsələlər üzrə tərəfdaşlığın gücləndirilməsi istiqamətləri barədə fi­kirlərini bölüşüb.

Toplantıda Azərbaycanın Xarici İş­lər, Rəqəmsal İnkişaf və Nəqliyyat, Elm və Təhsil nazirlikləri, Qida Təhlükəsiz­liyi Agentliyi, Aqrar Tədqiqatlar Mərkə­zi, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun səlahiyyətli nümayəndələri tərəfindən müvafiq sahələrdə işbirliyinin genişlən­dirilməsinə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib. Görüşün yeku­nuna dair imzalanan protokolda ticarət və investisiya, nəqliyyat və logistika, enerji, kənd təsərrüfatı, qida təhlükə­sizliyi, innovasiya, texnologiya, elm və təhsil və turizm sahələrində əməkdaşlıq məsələləri öz əksini tapır. 

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see349

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see307

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see299

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see291

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see239

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see237

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see232

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see215

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see193

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see180

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see177

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see177

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see174

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see174

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see173

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri