Braziliyada gəmiricilər iclas zamanı parlament binasına soxuldular

06.08.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Matu-Qrosu ştatının paytaxtı Kuyabe şəhərində  parlamentin iclası zamanı kuryoz hadisə yaşanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, deputatlar səsverməyə hazırlaşarkən bir dəstə kapibar iclas zalına soxulub.

Parlamentin əməkdaşı Nayara Bueno baş verənləri videoya çəkib və heyvanları gəldikləri yerdən - əsas girişdən bayıra çıxara bilib.

Məsələ burasındadır ki, Kuyabedə parlament binası vəhşi heyvanların məskunlaşdığı parkın yanındadır. Kapibarlar tez-tez binanın həndəvərinə yaxınlaşırlar. Amma içəri soxulmaları, özü də əsas zala, ilk dəfə baş verir.

Qeyd edək ki, dünyada ən böyük gəmirici növü olan kapibarlar Cənubi Amerikanın rütubətli meşələri və su hövzələrinin sahllərində yaşayırlar. 
35-65 kq çəkisi, 1–1.3 metr boyu olan bu heyvanlar insanlardan çəkinmirlər.

L.Tağıyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью