Braziliyada gəmiricilər iclas zamanı parlament binasına soxuldular
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Matu-Qrosu ştatının paytaxtı Kuyabe şəhərində parlamentin iclası zamanı kuryoz hadisə yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, deputatlar səsverməyə hazırlaşarkən bir dəstə kapibar iclas zalına soxulub.
Parlamentin əməkdaşı Nayara Bueno baş verənləri videoya çəkib və heyvanları gəldikləri yerdən - əsas girişdən bayıra çıxara bilib.
Məsələ burasındadır ki, Kuyabedə parlament binası vəhşi heyvanların məskunlaşdığı parkın yanındadır. Kapibarlar tez-tez binanın həndəvərinə yaxınlaşırlar. Amma içəri soxulmaları, özü də əsas zala, ilk dəfə baş verir.
Qeyd edək ki, dünyada ən böyük gəmirici növü olan kapibarlar Cənubi Amerikanın rütubətli meşələri və su hövzələrinin sahllərində yaşayırlar.
35-65 kq çəkisi, 1–1.3 metr boyu olan bu heyvanlar insanlardan çəkinmirlər.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:228
Bu xəbər 06 Avqust 2026 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















