Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cari ilin avqustunada “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 68,2 dollar səviyyəsində olub, bu da iyul ayınının göstəricisi (71 dollar) ilə müqayisədə 3,9% azdır.
Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd olunur ki, cari ilin iyununda “Brent”in orta qiyməti 71,5 dollar təşkil edib.
Bildirilir ki, bu ilin ikinci rübündə (aprel-iyun ayları) dünya bazarlarında “Brent”in orta qiyməti 67,8 ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (84,9 dollar) ilə müqayisədə 20,1% azdır.
Bu ilin birinci rübünün göstəricisi (75,6 dollar) ilə müqayisədə aprel-iyun aylarında “Brent”in qiyməti 10,4% azalıb.
Hesabatda əsasən, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.
Məlumata görə, cari ilin avqustunda WTI (West Texas Intermediate) etalon markalı neftin bir barelinin orta qiyməti 64,1 dollar olub, bu da öncəki ayın göstəricisi (67,4 dollar) ilə müqayisədə 4,9% azalma deməkdir.