Icma.az
close
up
RU
“Brent” nefti ötən ay 4% ə, WTI isə 5% ə yaxın ucuzlaşıb

“Brent” nefti ötən ay 4% ə, WTI isə 5% ə yaxın ucuzlaşıb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cari ilin avqustunada “Brent” etalon markalı neftin bir barelinin orta qiyməti 68,2 dollar səviyyəsində olub, bu da iyul ayınının göstəricisi (71 dollar) ilə müqayisədə 3,9% azdır.

Bu barədə “APA-Economics” Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd olunur ki, cari ilin iyununda “Brent”in orta qiyməti 71,5 dollar təşkil edib.

Bildirilir ki, bu ilin ikinci rübündə (aprel-iyun ayları) dünya bazarlarında “Brent”in orta qiyməti 67,8 ABŞ dolları təşkil edib, bu da ötən ilin müvafiq dövrünün göstəricisi (84,9 dollar) ilə müqayisədə 20,1% azdır. Bu ilin birinci rübünün göstəricisi (75,6 dollar) ilə müqayisədə aprel-iyun aylarında “Brent”in qiyməti 10,4% azalıb.

Hesabatda əsasən, 2024-cü ildə “Brent” neftinin orta qiyməti 80,7 dollar səviyyəsində olub, bu da 2023-cü ilin göstəricisi (82,6 dollar) ilə müqayisədə 2,3% azdır.

Məlumata görə, cari ilin avqustunda WTI (West Texas Intermediate) etalon markalı neftin bir barelinin orta qiyməti 64,1 dollar olub, bu da öncəki ayın göstəricisi (67,4 dollar) ilə müqayisədə 4,9% azalma deməkdir. Bu ilin ilin iyununda WTI-ın orta qiyməti 67,5 dollar təşkil edib.

Bu ilin aprel-iyun aylarında WTI-ın orta qiyməti 63,9 ABŞ dollarına bərabər olub, bu da 2024-cü ilin ikinci rübünün göstəricisi (80,8 dollar) ilə müqayisədə 20,9% azdır. Cari ilin birinci rübünün göstəricisi (71,4 dollar) ilə müqayisədə isə aprel-iyun aylarında WTI neftinin qiyməti 10,5% azalıb.

Qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 75,8 dollar təşkil edib, bu da öncəki ilin göstəricisi (77,7 dollar) ilə müqayisədə 2,4% azdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri