“Brentford” “Tottenhem”i darmadağın ETDİ

22.08.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

2026/2027 mövsümündə İngiltərə Premyer Liqasının I turunda "Brentford" və "Tottenhem" komandaları üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, Brentforddakı "Gtech Community" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunu Aşinqtondan olan Maykl Oliver idarə edib.

"Brentford" 12-ci dəqiqədə hesabı açıb. Müdafiəçi Kin Lyuis-Potter fərqlənərək komandasını önə keçirib. 33-cü dəqiqədə yarımmüdafiəçi Vitali Yanelt meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 49-cu dəqiqədə cinah müdafiəçisi Mikael Kayo­de "Tottenhem"in qapısına üçüncü qolu vurub.

55-ci dəqiqədə "Brentford"un braziliyalı hücumçusu İqor Tyaqo penaltidən yararlana bilməyib.

II turda "Tottenhem" avqustun 29-da doğma meydanda "Nyukasl Yunayted"i qəbul edəcək. "Brentford" isə avqustun 30-da səfərdə "Lids Yunayted"lə qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью