“Brentford” “Tottenhem”i darmadağın ETDİ
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
2026/2027 mövsümündə İngiltərə Premyer Liqasının I turunda "Brentford" və "Tottenhem" komandaları üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, Brentforddakı "Gtech Community" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunu Aşinqtondan olan Maykl Oliver idarə edib.
"Brentford" 12-ci dəqiqədə hesabı açıb. Müdafiəçi Kin Lyuis-Potter fərqlənərək komandasını önə keçirib. 33-cü dəqiqədə yarımmüdafiəçi Vitali Yanelt meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. 49-cu dəqiqədə cinah müdafiəçisi Mikael Kayode "Tottenhem"in qapısına üçüncü qolu vurub.
55-ci dəqiqədə "Brentford"un braziliyalı hücumçusu İqor Tyaqo penaltidən yararlana bilməyib.
II turda "Tottenhem" avqustun 29-da doğma meydanda "Nyukasl Yunayted"i qəbul edəcək. "Brentford" isə avqustun 30-da səfərdə "Lids Yunayted"lə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 22 Avqust 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















