Britaniya hökumətdən Epşteynin bəzi sənədlərini açıqlamamağı xahiş edib

16.02.2026

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

London polisi hökumətdən Böyük Britaniyanın  ABŞ-dəki keçmiş səfiri Peter Mandelsonun məşhur maliyyəçi Ceffri Epşteynlə əlaqələri barədə məktublarını dərc etməməsini istəyib.

Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.

Metropoliten Polisinin sözçüsü nəşrə bildirib ki, Mandelsonun səfir vəzifəsindəki iddia edilən qanun pozuntuları ilə bağlı uzun və hərtərəfli araşdırmaya diqqət yetirilir.

Mənbə bildirib ki, işin halları ilə bağlı araşdırmalarının bir hissəsi olaraq, polis Nazirlər Kabineti tərəfindən aşkar edilmiş və hüquq-mühafizə orqanlarına təqdim edilmiş materialları nəzərdən keçirərək dərc olunmanın istintaqa və ya sonrakı işə mənfi təsir göstərib-göstərməyəcəyini qiymətləndirəcək.

Qeyd edilib ki, sənədlərin dərc edilib-edilməməsi ilə bağlı son qərar hökumət və parlamentin səlahiyyətindədir.

Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer Mandelsonu 2025-ci ilin fevral ayında ABŞ-yə səfir təyin etmişdi, lakin diplomat sentyabr ayında Epştein ilə əlaqələrinə görə işdən çıxarılmışdı.

Maqsud

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью