Britaniya hökumətdən Epşteynin bəzi sənədlərini açıqlamamağı xahiş edib
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London polisi hökumətdən Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri Peter Mandelsonun məşhur maliyyəçi Ceffri Epşteynlə əlaqələri barədə məktublarını dərc etməməsini istəyib.
Gununsesi.info bu barədə xarici mediaya istinadən xəbər verir.
Metropoliten Polisinin sözçüsü nəşrə bildirib ki, Mandelsonun səfir vəzifəsindəki iddia edilən qanun pozuntuları ilə bağlı uzun və hərtərəfli araşdırmaya diqqət yetirilir.
Mənbə bildirib ki, işin halları ilə bağlı araşdırmalarının bir hissəsi olaraq, polis Nazirlər Kabineti tərəfindən aşkar edilmiş və hüquq-mühafizə orqanlarına təqdim edilmiş materialları nəzərdən keçirərək dərc olunmanın istintaqa və ya sonrakı işə mənfi təsir göstərib-göstərməyəcəyini qiymətləndirəcək.
Qeyd edilib ki, sənədlərin dərc edilib-edilməməsi ilə bağlı son qərar hökumət və parlamentin səlahiyyətindədir.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer Mandelsonu 2025-ci ilin fevral ayında ABŞ-yə səfir təyin etmişdi, lakin diplomat sentyabr ayında Epştein ilə əlaqələrinə görə işdən çıxarılmışdı.
Maqsud
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 16 Fevral 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















