Britaniya hökumətinin üzvləri fikir ayrılığına düşüblər | Icma.az
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq. Britaniya hökumətinin üzvləri ABŞ və Avropa arasındakı mövcud gərginliyə görə fikir ayrılı
"Ölkə.az" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, Britaniya Baş nazirinin iqtisadiyyat üzrə müşaviri Varum Çandra və Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelson ABŞ-la münasibətlərə üstünlük verilməli olduğunu bildiriblər.
Financial Times qəzetinin məlumatına görə, Britaniya Baş naziri Keir Starmer özü tərəf seçmək niyyətində olmadığını bildirib.
Lakin məqalədə deyilir ki, o, Britaniya müxalifətinin artan təzyiqinə baxmayaraq, Trampla danışıqları davam etdirməyin və mübahisələrin qarşısını almağın vacibliyinə inanır.
Qəzet bildirir ki, Britaniya baş naziri hələ də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək barədə qərar verməyib.
Eyni zamanda, FT qeyd edir ki, Britaniya baş naziri digər G7 liderləri ilə çoxtərəfli görüş ideyasına açıqdır.
Elvin Ölkə.az Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu