Britaniya hökumətinin üzvləri fikir ayrılığına düşüblər
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Britaniya hökumətinin üzvləri ABŞ və Avropa arasındakı mövcud gərginliyə görə fikir ayrılığına düşüblər.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Məlumata görə, Britaniya Baş nazirinin iqtisadiyyat üzrə müşaviri Varum Çandra və Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Peter Mandelson ABŞ-la münasibətlərə üstünlük verilməli olduğunu bildiriblər.
Financial Times qəzetinin məlumatına görə, Britaniya Baş naziri Keir Starmer özü tərəf seçmək niyyətində olmadığını bildirib. Lakin məqalədə deyilir ki, o, Britaniya müxalifətinin artan təzyiqinə baxmayaraq, Trampla danışıqları davam etdirməyin və mübahisələrin qarşısını almağın vacibliyinə inanır.
Qəzet bildirir ki, Britaniya baş naziri hələ də İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirak etmək barədə qərar verməyib. Eyni zamanda, FT qeyd edir ki, Britaniya baş naziri digər G7 liderləri ilə çoxtərəfli görüş ideyasına açıqdır.
Elvin
Ölkə.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 21 Yanvar 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















