Britaniya Rusiyaya sanksiya tətbiq etdi | Icma.az
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. 2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan etibarən Qərb Rusiyaya qarşı xe
Hazırda Aİ Rusiyanın enerji sektorunu hədəfə alan 19-cu sanksiyalar paketi üzərində işləyir.
Bu yaxınlarda Böyük Britaniya hökuməti ukraynalı uşaqların məcburi deportasiyasında iştirak edən 11 rusiyalı fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar paketi elan edib.
Hökumətin rəsmi saytında yayılan məlumatda Rusiya dövlətinə bağlı 8 nəfərə və 3 təşkilata sanksiyalar tətbiq edildiyi bildirilib: “Rusiyanın ukraynalı uşaqları deportasiya etmək, beyinlərini yumaq və militarizasiya siyasətini həyata keçirən şəxslər bu gün Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıblar.
Bunlara Rusiya dövlətinə bağlı səkkiz nəfər və üç təşkilat daxildir”, - deyə məlumatda qeyd olunub.
Yeni sanksiyalar Ukrayna mədəniyyətini silmək məqsədini güdən siyasəti dəstəkləyən və həyata keçirən şəxsləri hədəfə alır.
Onların sırasında Ukrayna uşaqları və yeniyetmələri üçün yenidən tərbiyə proqramları təşkil edən, hərbiyönümlü təlimlər keçirən “Əhməd Kadırov Fondu”da var.
Fondun prezidenti və Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova da sanksiya siyahısına salınıb.
Tam oxu
Xəbəri oxu