Icma.az
close
up
RU
Britaniya Rusiyaya sanksiya tətbiq etdi

Britaniya Rusiyaya sanksiya tətbiq etdi

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan etibarən Qərb Rusiyaya qarşı xeyli sayda sanksiya tətbiq edib. Hazırda Aİ Rusiyanın enerji sektorunu hədəfə alan 19-cu sanksiyalar paketi üzərində işləyir. Bu yaxınlarda Böyük Britaniya hökuməti ukraynalı uşaqların məcburi deportasiyasında iştirak edən 11 rusiyalı fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar paketi elan edib. Hökumətin rəsmi saytında yayılan məlumatda Rusiya dövlətinə bağlı 8 nəfərə və 3 təşkilata sanksiyalar tətbiq edildiyi bildirilib: “Rusiyanın ukraynalı uşaqları deportasiya etmək, beyinlərini yumaq və militarizasiya siyasətini həyata keçirən şəxslər bu gün Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıblar. Bunlara Rusiya dövlətinə bağlı səkkiz nəfər və üç təşkilat daxildir”, - deyə məlumatda qeyd olunub. Yeni sanksiyalar Ukrayna mədəniyyətini silmək məqsədini güdən siyasəti dəstəkləyən və həyata keçirən şəxsləri hədəfə alır. Onların sırasında Ukrayna uşaqları və yeniyetmələri üçün yenidən tərbiyə proqramları təşkil edən, hərbiyönümlü təlimlər keçirən “Əhməd Kadırov Fondu”da var. Fondun prezidenti və Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırova da sanksiya siyahısına salınıb. Britaniya hökumətinin açıqlamasında bildirilib ki, bu addım hərbi kəşfiyyatın təqdim etdiyi sübutlar fonunda atılıb: “Rusiya Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində uzunmüddətli ruslaşdırma siyasəti həyata keçirir, Ukrayna mədəniyyətini, kimliyini və dövlətçiliyini məhv etməyə çalışır”. BMT-nin hesabatlarına əsasən, Rusiya işğal altındakı ərazilərdə məktəblərdə rus tədris proqramı tətbiq edir və uşaqları hərbi xidmətə hazırlayan məşğələlər həyata keçirir.

Sanksiyalar Moskvanı Ukraynada müharibəni dayandırmağa vadar edəcək?

Məsələ ilə bağlı politoloq Zaur İbrahimli “Yeni Azərbaycan”  qəzetinə şərhində qeyd edib ki, Avropa İttifaqı və ABŞ tərəfindən bu günə qədər tətbiq olunan sanksiyalar öz təsirini göstərib. Amma... “Sanksiyalar Rusiyanın bir çox iqtisadi sektorlarına çox ağır zərbə vurub, demək olar ki, bu sektorların əksəriyyəti sıradan çıxıb. Büdcə kəsiri əvvəlki illərə nisbətən daha çox artıb - Rusiyada çox ciddi ressesiya müşahidə olunur. Rəsmi hesablamalara görə, Rusiyanın ümumi daxili məhsulunda artım faktiki olaraq dayanıb, ölkədə inflyasiyanın səviyyəsi artıb - məhsulların qiymətləri günbəgün bahalaşır - bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Lakin bütün bunlara baxmayaraq, Rusiyada hərbi sənayenin dinamik inkişafı öz qaydasında davam edir. Bunun başlıca səbəbi isə alternativ bazarların tapılmasıdır. Rusiya Çin və Hindistana öz xam neft və neft məhsullarını satmaqla Qərbin sanksiyalarının təsirindən qismən olsa da yayına bilib. Bununla yanaşı, Moskva Çin və Hindistanın köməkliyi ilə öz daxili bazarını zəruri mallar ilə təmin edib. Rusiyanın iqtisadi inkişafı zəifləsə də, tam şəkildə diz çökməyib. Çin və Hindistan kimi böyük dövlətlərin maliyyə-iqtisadi və texnoloji dəstəyi ilə Rusiya Ukraynada hərbi əməliyyatlarını bundan sonra da davam etdirəcək. Buna görə də yaxın perspektivdə Rusiyanın Ukraynada müharibəni dayandırması inandırıcı görünmür,” - deyə Z.İbrahimli vurğulayıb.

Moskvanın əməli müharibə cinayətidir

Politoloq İlyas Hüseynov bildirib ki, Ukraynanın işğalı altında olan torpaqlarda ukraynalı uşaqların məcburi deportasiyası müharibə cinayətidir. “Müharibə başlayandan bəri Ukraynada həm hərbi, həm də insanlıq əleyhinə saysız-hesabsız cinayətlər törədilib. Beynəlxalq təşkilatlar bununla bağlı bir sıra hesabatlar hazırlayıblar. Rusiyanın Ukraynada hərəkətlərinə, xüsusilə də bu ölkənin işğal olunan ərazilərində ukraynalı uşaqların məcburi deportasiya edilib xüsusi düşərgələrə köçürülməsi, həmin düşərgələrdə onların məcburi hərbi təlimlərə cəlb olunmasına yalnız müharibə cinayəti adı vermək olar. Böyük Britaniya çox doğru faktlar ortaya qoyub. Britaniya kəşfiyyatı rus hərbiçilərinin nəzarəti altında olan ərazilərdə bütün prosesləri izləyir və lazımi faktlar toplayır. Hesab edirəm ki, digər dövlətlər də ukraynalı uşaqların hüquqları ilə bağlı məsələdə Britaniya ilə birgə addım atmalıdırlar”.

Yunis ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Sentyabr 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri