Britaniya Trampın tənqidinə cavab verdi: Milli təhlükəsizlikdən güzəşt olmayacaq | Icma.az
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya öz milli təhlükəsizliyi məsələlərində heç bir kompromisə getməyəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin rəsmi nümayəndəsi ABŞ prezidenti Donald Trampın Dieqo-Qarsiya adasının Mavrikiya verilməsi ilə bağlı tənqidinə cavab olaraq bildirib.
“Böyük Britaniya heç vaxt milli təhlükəsizliyindən güzəştə getməyəcək.
Biz bu addımı ona görə atdıq ki, Dieqo-Qarsiya adasındakı baza məhkəmə qərarlarından sonra risk altına düşmüşdü.
Həmin qərarlar mövqeyimizi zəiflətmiş və bazanın gələcəkdə nəzərdə tutulduğu kimi istifadəsini mümkünsüz edəcəkdi”, - deyə yayılan bəyanatda qeyd edilib.
"Sky News" telekanalı Starmerin nümayəndəsinə istinadən qeyd edib ki, bu razılaşma “Dieqo-Qarsiyada ABŞ–Britaniya birgə hərbi bazasının bir neçə nəsil boyunca fəaliyyətini təmin edir”.
O həmçinin əlavə edib ki, Londonun bu qərarı ABŞ, Avstraliya, “Beş Göz” kəşfiyyat alyansının digər üzvləri (Avstraliya, Böyük Britaniya, Kanada, ABŞ, Yeni Zelandiya), eləcə də Hindistan, Yaponiya və Cənubi Koreya daxil olmaqla əsas beynəlxalq tərəfdaşlar tərəfindən açıq şəkildə dəstəklənib.
Tam oxu
Xəbəri oxu