Britaniya Trampın tənqidinə cavab verdi: Milli təhlükəsizlikdən güzəşt olmayacaq
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Kir Starmerin rəsmi nümayəndəsi ABŞ prezidenti Donald Trampın Dieqo-Qarsiya adasının Mavrikiya verilməsi ilə bağlı tənqidinə cavab olaraq bildirib.
“Böyük Britaniya heç vaxt milli təhlükəsizliyindən güzəştə getməyəcək. Biz bu addımı ona görə atdıq ki, Dieqo-Qarsiya adasındakı baza məhkəmə qərarlarından sonra risk altına düşmüşdü. Həmin qərarlar mövqeyimizi zəiflətmiş və bazanın gələcəkdə nəzərdə tutulduğu kimi istifadəsini mümkünsüz edəcəkdi”, - deyə yayılan bəyanatda qeyd edilib.
"Sky News" telekanalı Starmerin nümayəndəsinə istinadən qeyd edib ki, bu razılaşma “Dieqo-Qarsiyada ABŞ–Britaniya birgə hərbi bazasının bir neçə nəsil boyunca fəaliyyətini təmin edir”. O həmçinin əlavə edib ki, Londonun bu qərarı ABŞ, Avstraliya, “Beş Göz” kəşfiyyat alyansının digər üzvləri (Avstraliya, Böyük Britaniya, Kanada, ABŞ, Yeni Zelandiya), eləcə də Hindistan, Yaponiya və Cənubi Koreya daxil olmaqla əsas beynəlxalq tərəfdaşlar tərəfindən açıq şəkildə dəstəklənib.
Daha əvvəl Donald Tramp adanın Mavrikiya verilməsini “böyük axmaqlıq” və “tam zəiflik nümunəsi” adlandırmışdı.
Dieqo-Qarsiya Hind okeanında yerləşən Çağos arxipelaqının ən böyük atol adasıdır. Çağos əvvəllər Mavrikiya ilə birlikdə Britaniyanın müstəmləkəsi olub, lakin 1965-ci ildə Böyük Britaniya arxipelaqı ayrıca inzibati vahid kimi ayırıb. Üç il sonra Mavrikiya müstəqillik qazansa da, Çağos Böyük Britaniyanın nəzarətində qalıb.
1966-cı ildə ABŞ Dieqo-Qarsiyanı icarəyə götürərək burada hərbi hava bazası inşa edib və arxipelaqın 1,5 min sakini zorla köçürülüb. 2017-ci ildə Mavrikiya BMT-yə müraciət edərək məsələ ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin rəyini almağa nail olub. 2019-cu ilin fevralında məhkəmə Mavrikiya lehinə məsləhətçi rəy verib.
2025-ci ilin mayında isə Böyük Britaniyanın baş naziri Kir Starmer Çağos arxipelaqının Mavrikiya suverenliyinə verilməsi ilə bağlı sazişin imzalandığını elan edib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















