Britaniyada həbs edilən diplomatımızın çoxmilyonluq əmlakları da varmış | Icma.az
Icma.az, Gununsesi saytına istinadən bildirir. Azərbaycanın 2001-2007-ci illərdə Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri o
Qeyd edək ki, Çester Krallıq Məhkəməsi onu 16 aylıq həbsə məhkum edilib.
Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib.
İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq. Hələ bu harasıdır?!
Keçək Rəfael İbrahimovun Londondakı digər sərgüzəştlərinə. Keçmiş səfirin qız və oğlu Britaniyada çoxmilyonluq əmlaklara necə sahib olublar?
Britaniya Şirkətlər Evində Azərbaycanın sabiq səfirinin övladlarının – Ayaz və Hanuşkanın adı bir neçə şirkətdə təsisçisi kimi qeyd olunur.
Bəli, təəccüblənməyin bizim sabiq səfirin qızının rəsmi adı Hanuşkadır və Sergey Toni adlı Monakoda oturum izni olan Rusiya əsilli şəxslə evləndikdən sonra Hanuşka Toni ad-soyadını daşıyır.
Sənədlərə görə keçmiş səfirin həyat yoldaşı Dinara İbrahimova, oğlu Ayaz İbrahimov, qızı Hanuşka Toni və kürəkəni Sergey Toni 2019-cu ilin martında THE VESTIARY LIMITED şirkətini təsis ediblər.
Tam oxu
Xəbəri oxu