Icma.az
close
up
RU
Britaniyada həbs edilən diplomatımızın çoxmilyonluq əmlakları da varmış

Britaniyada həbs edilən diplomatımızın çoxmilyonluq əmlakları da varmış

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Azərbaycanın 2001-2007-ci illərdə Britaniyada, daha sonra isə Finlandiya və Norveçdə səfiri olmuş Rəfael İbrahimov seksual təzyiqdə ittiham olunur.

Qeyd edək ki, Çester Krallıq Məhkəməsi onu 16 aylıq həbsə məhkum edilib. Ona həmçinin əlavə 2 il 20 günlük reabilitasiya tədbiri və 200 saatlıq maaşsız iş cəzası verilib. İbrahimovun adı bundan sonra 10 il müddətində seksual cinayətkarlar reyestrində yer alacaq.
Hələ bu harasıdır?! Keçək Rəfael İbrahimovun Londondakı digər sərgüzəştlərinə. Keçmiş səfirin qız və oğlu Britaniyada çoxmilyonluq əmlaklara necə sahib olublar? Britaniya Şirkətlər Evində Azərbaycanın sabiq səfirinin övladlarının – Ayaz və Hanuşkanın adı bir neçə şirkətdə təsisçisi kimi qeyd olunur.

Bəli, təəccüblənməyin bizim sabiq səfirin qızının rəsmi adı Hanuşkadır və Sergey Toni adlı Monakoda oturum izni olan Rusiya əsilli şəxslə evləndikdən sonra Hanuşka Toni ad-soyadını daşıyır.
Sənədlərə görə keçmiş səfirin həyat yoldaşı Dinara İbrahimova, oğlu Ayaz İbrahimov, qızı Hanuşka Toni və kürəkəni Sergey Toni 2019-cu ilin martında THE VESTIARY LIMITED şirkətini təsis ediblər. 2020-ci ilin noyabrında şirkətin adı SELLIER LTD-yə dəyişdirilib. Fəaliyyəti dövründə sabiq səfirin ailə üzvləri gəlirsiz göstərsələr də onlar əmlak şirkətinə 2 milyon funt-sterlinq sərmayə qoyublar. Üstəlik Hanuşka və anası Dinaranın Londonda çanta mağazası var. Dinara və Hanuşka hələ 2017-ci ildə Londonda brend saatlar və qızıl-brilyant satışı ilə məşğul olan WHYTE DIAMONDS LIMITED şirkətini təsis etsələr də 2 il sonra onu bağlayıblar.
Rəfael İbrahimov hələ Böyük Britaniyada səfir kimi fəaliyyət göstərdiyi 2004-cü ildə həyat yoldaşı Dinara İbrahimova Londonda Beynəlxal Bankın keçmiş prezidenti Cahangir Hacıyevin yaxın adamı plan Rüfət İmamverdiyevlə RIXON LIMITED-i təsis edib.
Rüfət İmamverdiyev vaxtilə Beynəlxal Bankın London ofisinin rəhbəri olub. Cahangir Hacıyevin onun adına şəxsi kart açaraq bankdan 1 milyon funt sterlinq pul köçürdüyü və həmin pulları xərclədiyi, borcların İmamverdiyevin üzərində qaldığı, bu səbəbdən onun intihar etdiyi deyilir.
Sabiq səfirin oğlu Ayaz İbrahimov isə Anthony George Eugene Foyle ilə 2016-cı ilin mayında təsis edilən 37 BOLTON GARDENS (FREEHOLD) LIMITED adlı əmıak şirkətinin təsisçiləridir. Bu şirkət də faktiki gəlirsiz fəaliyyətdədir və Britaniyada çirkli pulların yuyulması şübhəsi doğurur.
Hanuşka ötən ilin martında Londonda daha bir şirkət- JUICE MOMENT LTD-ni təsis edib.
Onun adı atasının məhkəməsi ərəfəsində, yəni ötən ilin oktyabrında ləğv edilmə prosesinə başlanılan LUXDECO LTD şirkətinin təsisçiləri sırasında da keçir. Şirkət Londondakı eyniadlı lüks mebel mağazasını idarə edib. Keçmiş səfirin qızının adı Xanım İbrahimova olaraq Rutland Geyt 25-də hüquqi ünvanda qeydiyyatda olan və əri Sergey Toninin təsisçisi olduğu BRUNSWICK ROSE LIMITED şirkətində də keçir. Şirkətin aktivləri 2 milyon funt-sterlinqə çatır.
İbrahimov – Tonilər ailəsi Londonda lüks həyat sürürlər və atası 2015-ci ildə Hanuşkaya ad günü münasibətilə “Aston Martin” markalı bahalı avtomobil alıb.
Keçmiş səfir voronejli işadamı, Rusiya Dəmiryolları Tikinti İdarəsinin direktor müavini olmuş Oleq Toninin qudasıdır, onun kürəkəninin adına Parisdə mənzili, İspaniyanın Aralıq dənizi sahilində mülkləri və daha çoxu var. Əmlakların bir çoxu Lüksemburqda qeydiyyatdan keçmiş gizli şirkətlərə məxsusdur. Ümumilikdə onun Avropada ən azı 50 milyon avro dəyərində Avropa daşınmaz əmlaka və digər aktivlərə sahib olduğu məlumdur. Bu siyahıya Paris yaxınlığındakı 19-cu əsrə aid neo-qotik saray, Luvr və Arc de Triomphe arasında mənzil, Parisdə iki villa, İspaniyanın Aralıq dənizi sahilində üç ev, üç mənzil, bir villa və torpaq, Almaniyada bir depo, İsveçrədə otel daxildir.

Cavanşir Həsənli

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Fevral 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri