Azertag saytına istinadən Icma.az xəbər verir. London, 6 dekabr, AZƏRTAC COP29-da 300 milyard dollar həcmində maliyyə ayrılması barədə razıl
Bu, çox vacib addımdır, öz növbəsində özəl sektordan və digər mənbələrdən maliyyənin cəlb olunmasına təkan verə bilər.
Ümid edirəm ki, gələcəkdə inkişaf etmiş ölkələrdən əlavə töhfələr də olacaq.
Bu fikirləri Xəzər Siyasət Mərkəzinin Britaniya üzrə müşaviri, britaniyalı sabiq diplomat Devid Moran AZƏRTAC-a müsahibəsində bildirib.
O deyib ki, COP29 çərçivəsində bir çox mühüm texniki məsələlərdə əhəmiyyətli nəticələr əldə olunub: “Karbon bazarının qaydaları və şəffaflıq çərçivəsi kimi mühüm texniki məsələlərdə çox ciddi nəticələr əldə edildi.
Əlbəttə ki, insanların diqqətində olan əsas məsələ nə qədər maliyyə vəsaitinin ayrılacağı idi.
Nəticədə, 300 milyard dollarlıq razılaşma əldə olundu”, - deyə o qeyd edib.
Devid Moran əldə edilən razılaşmanın əhəmiyyətini vurğulayaraq, bunun gələcəkdə daha böyük nəticələrə nail olmaq üçün əsas olacağını bildirib: “Bu razılaşma çox vacibdir, indi biz onu inkişaf etdirə bilərik.