Icma.az
close
up
RU
Britaniyalı sabiq diplomat: COP29 razılaşması gələcək uğurlar üçün əsas olacaq VİDEO AZƏRTAC

Britaniyalı sabiq diplomat: COP29 razılaşması gələcək uğurlar üçün əsas olacaq VİDEO AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

London, 6 dekabr, AZƏRTAC

COP29-da 300 milyard dollar həcmində maliyyə ayrılması barədə razılaşma əldə olundu. Bu, çox vacib addımdır, öz növbəsində özəl sektordan və digər mənbələrdən maliyyənin cəlb olunmasına təkan verə bilər. Ümid edirəm ki, gələcəkdə inkişaf etmiş ölkələrdən əlavə töhfələr də olacaq.

Bu fikirləri Xəzər Siyasət Mərkəzinin Britaniya üzrə müşaviri, britaniyalı sabiq diplomat Devid Moran AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib ki, COP29 çərçivəsində bir çox mühüm texniki məsələlərdə əhəmiyyətli nəticələr əldə olunub: “Karbon bazarının qaydaları və şəffaflıq çərçivəsi kimi mühüm texniki məsələlərdə çox ciddi nəticələr əldə edildi. Əlbəttə ki, insanların diqqətində olan əsas məsələ nə qədər maliyyə vəsaitinin ayrılacağı idi. Nəticədə, 300 milyard dollarlıq razılaşma əldə olundu”, - deyə o qeyd edib.

Devid Moran əldə edilən razılaşmanın əhəmiyyətini vurğulayaraq, bunun gələcəkdə daha böyük nəticələrə nail olmaq üçün əsas olacağını bildirib: “Bu razılaşma çox vacibdir, indi biz onu inkişaf etdirə bilərik. Azərbaycan sədrliyinin davam etdiyi dövrdə bu, xüsusilə vacibdir. Azərbaycanın Braziliyaya, COP30-un keçiriləcəyi Belem şəhərinə qədər sədrliyi davam edəcək. Bu müddət uzun deyil, əksinə çox faydalıdır”, - deyə Devid Moran qeyd edib.

D.Moran Azərbaycanın COP29 tədbirini yüksək səviyyədə təşkil etdiyini xüsusi vurğulayıb: “Bu, irimiqyaslı tədbirdir və onu təşkil edib, uğurla həyata keçirmək böyük nailiyyətdir. Bir neçə il əvvəl Qlazqoda keçirilən tədbirin təşkilində iştirak edən biri kimi, bunun nə qədər çətin olduğunu bilirəm. Buna görə də Azərbaycan hökumətini təbrik edirəm”.

O, Britaniyanın Baş naziri Kir Starmerin COP29-da iştirakını iki mühüm səbəblə izah edib: “Birincisi, iqlim dəyişikliyi çox vacib məsələdir və Britaniya hazırda bu sahədə liderdir. İkincisi isə Xəzər regionuna olan marağımızdır. Bu region təkcə qlobal səviyyədə deyil, həm də Böyük Britaniya və Avropa üçün çox əhəmiyyətlidir”.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri