Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq. Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 10,6 milyard dollar ayırmağa
Bu barədə “Tayms” məlumat yayıb. “London AB və tərəfdaşları, o cümlədən Kanada ilə Ukrayna ordusuna dəstək üçün 133 milyard dollara qədər və
Bəs görəsən, bu addım ABŞ-AB-Britaniya üçbucağında hansı yeni siyasi konfiqurasiyalara səbəb ola bilər?
Moskvanın reaksiyaları hansı ehtimallar üzrə dəyişə bilər və bölgədə eskalasiyanı artırma riski varmı?
Əslində, Böyük Britaniyanın dondurulmuş Rusiya aktivlərini Ukraynaya yönəltmək təşəbbüsü üç əsas siyasi nəticə yaradır: 1) Londonun təhlükəsizlik siyasətində yenidən liderliyə iddiası 2) ABŞ-AB münasibətlərində yük bölgüsünün dəyişməsi 3) AB daxilində güc balansına təsir Moskvanın reaksiyası usə üç əsas ssenari üzrə dəyişə bilər: 1)Diplomatik və hüquqi qarşılıq.
Yəni Rusiya aktivlərin müsadirəsini “mülkiyyət hüququnun pozulması” kimi təqdim edir və beynəlxalq məhkəmələrə müraciət, Qərb şirkətlərinə qarşı kompensasiya tələbləri, “qayda əsaslı nizamın” Qərb tərəfindən pozulduğu ilə bağlı təbliğat xəttini gücləndirə bilər.
Bu ssenaridə eskalasiya əsasən informasiya və iqtisadi müstəvidə olar. 2)Asimmetrik cavablar və regionda təzyiq artımı.
Rusiya Qərbin qərarını hərbi müstəvidə cavablandırmasa da, Qara dənizdə gərginliyin artırılması, Ukrayna enerji infrastrukturlarına daha intensiv hücumlar, Belarus vasitəsilə NATO sərhədlərində hərbi fəaliyyətlərin genişləndirilməsini gücləndirə bilər.