Britaniyanın aktiv addımı: ABŞ AB London üçbucağında yeni güc balansı
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Böyük Britaniya Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 10,6 milyard dollar ayırmağa hazırdır.
Bu barədə “Tayms” məlumat yayıb.
“London AB və tərəfdaşları, o cümlədən Kanada ilə Ukrayna ordusuna dəstək üçün 133 milyard dollara qədər vəsaitin ayrılması barədə razılığa gəlməyə çalışır”, – məlumatda deyilib.
Bəs görəsən, bu addım ABŞ-AB-Britaniya üçbucağında hansı yeni siyasi konfiqurasiyalara səbəb ola bilər?
Moskvanın reaksiyaları hansı ehtimallar üzrə dəyişə bilər və bölgədə eskalasiyanı artırma riski varmı?
Əslində, Böyük Britaniyanın dondurulmuş Rusiya aktivlərini Ukraynaya yönəltmək təşəbbüsü üç əsas siyasi nəticə yaradır:
1) Londonun təhlükəsizlik siyasətində yenidən liderliyə iddiası
2) ABŞ-AB münasibətlərində yük bölgüsünün dəyişməsi
3) AB daxilində güc balansına təsir
Moskvanın reaksiyası usə üç əsas ssenari üzrə dəyişə bilər:
1)Diplomatik və hüquqi qarşılıq.
Yəni Rusiya aktivlərin müsadirəsini “mülkiyyət hüququnun pozulması” kimi təqdim edir və beynəlxalq məhkəmələrə müraciət, Qərb şirkətlərinə qarşı kompensasiya tələbləri, “qayda əsaslı nizamın” Qərb tərəfindən pozulduğu ilə bağlı təbliğat xəttini gücləndirə bilər.
Bu ssenaridə eskalasiya əsasən informasiya və iqtisadi müstəvidə olar.
2)Asimmetrik cavablar və regionda təzyiq artımı.
Rusiya Qərbin qərarını hərbi müstəvidə cavablandırmasa da, Qara dənizdə gərginliyin artırılması, Ukrayna enerji infrastrukturlarına daha intensiv hücumlar, Belarus vasitəsilə NATO sərhədlərində hərbi fəaliyyətlərin genişləndirilməsini gücləndirə bilər.
Bu ssenari lokal eskalasiya yarada bilər, lakin genişmiqyaslı qarşıdurma ehtimalı aşağıdır.
Nəhayət, Qlobal ittifaqlara yönəlmə və Çin–İran xəttində sıxlaşma.
Qərbin bu addımı Moskvanı daha çox Pekin, Tehran və Şimali Koreya ilə strateji yaxınlaşmaya sövq edə bilər. Bu, Qərb dünyası ilə Avrasiya bloku arasında siyasi-kapital qarşıdurmasını dərinləşdirər. Eskalasiya daha çox geosiyasi qütbləşmə formasında özünü göstərər.
Afət
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 05 Dekabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















