Brokkoli pendirlə tez və ləzzətli | Icma.az
Icma.az bildirir, Saglamolun portalına istinadən. Brokkoli kələmi bizim qidalanmamıza təzə-təzə daxil olur. Bu çox faydalı tərəvəzdir.
Brokkoli bir çox vitaminlər və minerallarla zəngindir. Brokkolinin tərkibində fol turşusu və U kimi nadir vitaminlər var.
U vitamini mədə-bağırsaq sistemində olan eroziya və xoraların sağalmasını tezləşdirir.
Fol turşusu hamilə qadınlar, uşaqlar və qan azlığından əziyyət çəkənlər üçün olduqca vacibdir.
C vitaminin miqdarına görə brokkoli tərəvəzlər və hətta meyvələr arasında birinci yerlərdədir. Brokkolinə həmçinin beta-karotin var.
Bu maddə orqanizmdə A vitamininə çevrilir. Brokkolinin tərkibində orqanizm üçün vacib olan, demək olar, bütün minerallar var - dəmir, kalsiu
Brokkoli qidalı liflərlə zəngindir ki, bu xüsusiyyət tərəvəzi bizim mədə-bağırsaq sistemimiz üçün əvəzsiz edir.
Zəngin kimyəvi tərkibinə malik olan brokkoli həmçinin azkalorili məhsuldur.
Tam oxu
Xəbəri oxu