Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nyu-Yorkda yaşayan azərbaycanlı bank əməkdaşı səhiyyə sahəsində dələduzluqla 8 milyon dollardan artıq vəsaitin yuyulmasında iştirakını etiraf edib.
Sxemin transmillli mütəşəkkil cinayətkar dəstənin xeyrinə ABŞ bankı vasitəsilə gerçəkləşdirildiyi bildirilir. Məlumatı ABŞ ədliyyə departamenti yayıb. Bu, həm də keçmiş bank əməkdaşının səhiyyə dələduzluğuna görə mühakimə olunduğu ilk haldır.
Bruklindən olan 36 yaşlı Renat Abramov ABŞ və Azərbaycan vətəndaşıdır. Məhkəmə sənədlərinə görə, o, Şipshed-Bey rayonunda ABŞ bankının filialında əlaqələr üzrə menecer kimi çalışıb. Onun mövqeyindən istifadə edərək mürəkkəb beynəlxalq sxemə yardım etdiyi bildirilir. Bu sxem "Operation Gold Rush" əməliyyatı çərçivəsində ifşa olunub. İttihamnaməyə görə, Abramov bir milyondan çox amerikalının, 50 ştatda yaşayan yaşlı və əlillərin kimlikləri haqda məlumatları oğurlamaqla "Medicare" tibbi sığorta sistemi üzrə 10 milyard dollardan artıq saxta ərizə təqdim edib.
Onun üzvü olduğu mütəşəkkil dəstənin müxtəlif üsullarla ABŞ maliyyə sistemindən sui-istifadə etdiyi, bir neçə bankda daxili nəzarət mexanizmlərini aşdığı bildirilir. Abramov özlərini tibbi avadanlıq şirkətlərinin sahibləri kimi təqdim edən şəxslər üçün bank hesabları açmaqla sxemin icrasına köməklik göstərib. Bu şəxslərin çoxu heç ABŞ-də qanuni yaşamayıb, saxta korporativ qeydiyyat sənədlərindən istifadə edib. Bu bank hesabları isə saxta yolla əldə edilmiş sığorta çeklərinin yatırılması üçün istifadə olunub. Çeklər "Medicare" və tanınmış sığorta şirkətlərindən gəldiyi üçün legitim görünüb. Pul yatırıldıqdan sonra şəbəkə üzvləri vəsaiti ofşor hesablara və kriptovalyutaya köçürüblər.
Abramov pul yuyulması sxemində təqsirini boynuna alıb. Ədliyyə Departamenti bildirir ki, bu cinayətin maksimum cəzası 20 il həbsdir. Ona hökmün aprelin 20-də oxunacağı gözlənilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin