Icma.az
close
up
RU
Bruklinli azərbaycanlı tibb sığorta vəsaitlərinin yuyulmasında günahını etiraf etdi

Bruklinli azərbaycanlı tibb sığorta vəsaitlərinin yuyulmasında günahını etiraf etdi

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nyu-Yorkda yaşayan azərbaycanlı bank əməkdaşı səhiyyə sahəsində dələduzluqla 8 milyon dollardan artıq vəsaitin yuyulmasında iştirakını etiraf edib.

Sxemin transmillli mütəşəkkil cinayətkar dəstənin xeyrinə ABŞ bankı vasitəsilə gerçəkləşdirildiyi bildirilir. Məlumatı ABŞ ədliyyə departamenti yayıb. Bu, həm də keçmiş bank əməkdaşının səhiyyə dələduzluğuna görə mühakimə olunduğu ilk haldır.

Bruklindən olan 36 yaşlı Renat Abramov ABŞ və Azərbaycan vətəndaşıdır. Məhkəmə sənədlərinə görə, o, Şipshed-Bey rayonunda ABŞ bankının filialında əlaqələr üzrə menecer kimi çalışıb. Onun mövqeyindən istifadə edərək mürəkkəb beynəlxalq sxemə yardım etdiyi bildirilir. Bu sxem "Operation Gold Rush" əməliyyatı çərçivəsində ifşa olunub. İttihamnaməyə görə, Abramov bir milyondan çox amerikalının, 50 ştatda yaşayan yaşlı və əlillərin kimlikləri haqda məlumatları oğurlamaqla "Medicare" tibbi sığorta sistemi üzrə 10 milyard dollardan artıq saxta ərizə təqdim edib.

Onun üzvü olduğu mütəşəkkil dəstənin müxtəlif üsullarla ABŞ maliyyə sistemindən sui-istifadə etdiyi, bir neçə bankda daxili nəzarət mexanizmlərini aşdığı bildirilir. Abramov özlərini tibbi avadanlıq şirkətlərinin sahibləri kimi təqdim edən şəxslər üçün bank hesabları açmaqla sxemin icrasına köməklik göstərib. Bu şəxslərin çoxu heç ABŞ-də qanuni yaşamayıb, saxta korporativ qeydiyyat sənədlərindən istifadə edib. Bu bank hesabları isə saxta yolla əldə edilmiş sığorta çeklərinin yatırılması üçün istifadə olunub. Çeklər "Medicare" və tanınmış sığorta şirkətlərindən gəldiyi üçün legitim görünüb. Pul yatırıldıqdan sonra şəbəkə üzvləri vəsaiti ofşor hesablara və kriptovalyutaya köçürüblər.

Abramov pul yuyulması sxemində təqsirini boynuna alıb. Ədliyyə Departamenti bildirir ki, bu cinayətin maksimum cəzası 20 il həbsdir. Ona hökmün aprelin 20-də oxunacağı gözlənilir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Fevral 2026 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri