“Bu addım, iki ölkə arasında gələcəkdə yenidən münaqişə ehtimalını minimuma endirər” | Icm…
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq. Maka Boçorişvili ilə birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Ceyhun Bayramovun bu açıqlaması bir neçə strateji mesaj daşıyır:“Azərbaycan üçün Ermənistanın konstitusiyasında yer alan ərazi iddialarının ləğvi real sülh müqaviləsinin əsas təminatıdır.
Bu addım, iki ölkə arasında gələcəkdə yenidən münaqişə ehtimalını minimuma endirər və sülhün beynəlxalq hüquqa əsaslanan davamlı mexanizmlə qorunmasını təmin edər.
Minsk Qrupu uzun illər Qarabağ münaqişəsinin həllində vasitəçi kimi çıxış etsə də, 2020-ci il müharibəsindən sonra bu mexanizm faktiki olaraq sıradan çıxıb.
Onun ləğvi həm regionda yeni siyasi reallıqların rəsmi tanınması, həm də Azərbaycan və Ermənistanın birbaşa danışıqlar prosesinə keçməsi anlamına gəlir.
Konstitusiyadan ərazi iddialarının çıxarılması Ermənistanda ciddi siyasi mübahisələr yarada bilər.
Çünki bu, həm Ermənistan müxalifəti, həm də diaspor tərəfindən “tarixi iddialardan imtina” kimi qəbul oluna bilər.
Tam oxu
Xəbəri oxu